“Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
“Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2026-ci ilin II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın emal sənayesinin potensial imkanları və istehsal resursları: beynəlxalq layihələrdə iştirak imkanları”, “Ekoloji, sosial və iqtisadi amillərin qarşılıqlı təsirinin ekonometrik analizi: dayanıqlı inkişafın kompleks ölçülməsi”, ”Применение искусственного интеллекта в гражданской авиации и его влияние на эффективность пассажирских перевозок”, “Azərbaycanda cinayətkarlıq və əmək bazarı arasında iqtisadi əlaqənin təhlili”, “Maliyyə hesabatlarında açıqlama səviyyəsinin artırılması və şəffaflığın təmin edilməsi yolları”, “Kənd turizminin idarə edilməsinə nəzəri yanaşmalar və model strategiyaları”, “Bank xidmətləri sahəsində logistikanın tətbiqi xüsusiyyətləri”, “Dövlət idarəçiliyində irihəcmli məlumatların analitik tətbiqi, siyasət dövrünə təsiri və institusional çətinliklər”, “8-ci dayanıqlı inkişafın məqsədi: hədəflər, göstəricilər, nailiyyətlər” və “Əhalinin siyahıyaalınması ilə bağlı ümumi xüsusiyyətlər” adlı məqalələr daxildir. “2026-cı ilin yanvar-mart ayları üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Şahbala Aqqırax oğlu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.
Statistika xəbərləri” elmi-praktik jurnalının 2026-ci il I rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”,“Metodologiya” başlığı altında toplanmışdır.Bu bölmələrə “Некоторые проблемы и перспективы цифровой трансформации логистики и маркетинга”, “Aqrar sektorun inkişaf səviyyəsinin müqayisəli statistik təhlili və qiymətləndirilməsi”, “Azərbaycanın ixrac potensialının inkişafında investisiya siyasətinin təkmilləşdirilməsi istiqamətləri”, “Azərbaycanın sosial rifah konsepsiyası”, “Azərbaycanda peşə təhsilinin inkişafı və gələcək perspektivlər”, “Ölkədə biznes mühitinin müasir vəziyyəti və inkişaf dinamikası”, “İqtisadi inkişafın sektoral sturukturu və müvafiq sahələrdəki inkişaf meyllərinin təhlili”, “От энтузиазма к критичности: анализ удовлетворенности выбором университета через призм адаптации и курса обучения”, “Dayanıqlı inkişaf və qlobal logistikanın idarə edilməsinə strateji yanaşmalar”, “Rəqəmsal texnologiyalar konteksində statistik məlumatların keyfiyyətinin idarə olunması və təhlilinin prioritet istiqamətləri” adlı məqalələr daxildir. “2025-ci il üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2025-ci il 4-cü rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Maliyyə aktivləri və passivləri balansı üzrə resurs axınlarının və xalis maliyyə aktivlərinin qiymətləndirilməsi”, “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının statistik tədqiqi”, “Dayanıqlı inkişaf və iqtisadiyyatın rəqəmsallaşdırılması arasındakı qarşılıqlı əlaqənin qiymətləndirilməsi”, “Kənd təsərrüfatı məhsullarının qiymət dinamikası və ona təsir edən amillər Azərbaycanın energetikasının inkişaf perspektivləri”, “Qida sənayesinin modernləşdirilməsində xarici investisiyaların rolu”, “Milli iqtisadiyyatlarda transmilli şirkətlərin rolunun və təsirlərinin nəzəri-empirik təhlili”, “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi: Azərbaycan təcrübəsi”, “İstehsal əlaqələrində səhiyyə sektorunun rolunun qiymətləndirilməsi: 2016 və 2021-ci illər üzrə birbaşa xərc əmsallarının təhlili”, “Dövlət idarə edilməsində irihəcmli məlumatların əhəmiyyəti” adlı məqalələr daxildir. “2025-ci ilin Yanvar-Sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. haqqında məlumatlar qeyd olunmuşdur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya Statistika Gününə həsr olunmuş xüsusi buraxılışında BMT-nin Statistika Şöbəsinin direktoru, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, Bolqarıstan, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyənin statistika qurumlarının rəhbərləri tərəfindən Azərbaycan statistiklərinə Ümumdünya Statistika Günü ilə bağlı ünvanlanmış təbriklər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın sədrlərinin, Qazaxıstan, Gürcüstan, Serbiya, Macarıstan, Belarus və Türkiyə milli statistika qurumlarının rəhbərlərinin və yüksək vəzifəli əməkdaşlarının, eləcə də ölkənin tanınmış elm adamlarının statistikanın aktual məsələlərinə həsr olunmuş məqalələri əksini tapmışdır. Xüsusi buraxılışda aşağıdakı mövzular üzrə məqalələr dərc olunmuşdur: “Azərbaycanın milli statistika sistemi: nailiyyətlər və perspektiv hədəflər”; “Dövlətin xarici ticarət siyasətində və iqtisadi inkişafında gömrük statistikasının əhəmiyyəti”; “Makroiqtisadi siyasətin formalaşmasında tədiyə balansının əhəmiyyəti və onun tərtibi üzrə çağırışlar”; “Gürcüstanın 2024-cü il əhali siyahıyaalınması: demoqrafik meyillər və metodoloji yeniliklər”; “Qazaxıstanda rəqabətin qiymətləndirilməsi: eksperimental statistikanın nəticələri”; “Serbiya Respublikasının Statistika İdarəsində məlumatların idarə olunması: metaməlumatlara əsaslanan, başlanğıcdan sonadək istehsal sistemi”; “Məkan baxımından inteqrasiya olunmuş irihəcmli məlumatlar analitikasına doğru: Macarıstan Mərkəzi Statistika İdarəsində innovativ fəaliyyətlər”; “Belarus Respublikasında statistik istehsalın rəqəmsallaşdırılması"; “Synthpop proqramı vasitəsilə sintetik məlumatların yaradılması: 2019-cu ildə Azərbaycanda keçirilmiş müəssisələrin müayinəsinin timsalında”; “Vilayət səviyyəsində təhsilin gözlənilən müddətinin ölçülməsi: Türkiyənin rəsmi statistikasında yeni yanaşma"; “Statistikanın gücü: dayanıqlı inkişafın görünməyən dayaqları”; “Xərclər-buraxılış cədvəlləri və sosial hesablar matrisinin multiplikatorları vasitəsilə Azərbaycan iqtisadiyyatının struktur dəyişikliklərinin qiymətləndirilməsi”.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2025-ci il II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”,“Metodologiya” başlığı altında toplanmışdır.Bu bölmələrə “Demoqrafik proseslərin dayanıqlı inkişafa təsirinin statistik qiymətləndirilməsi”,“Xarici iqtisadi əlaqələrin tənzimlənməsi və daxili bazarın qorunmasının ərzaq təminatına təsiri”,“Əmək bazarının regional səviyyədə tənzimlənməsi və təkmilləşdirilmə perspektivləri”,“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes imkanlarının sosial və iqtisadi inkişafa təsiri istiqamətləri”,“Azərbaycanda turizm sənayesi potensialından səmərəli istifadə edilməsinin müasir vəziyyəti”,“Statistika,“big data” və məlumat elmi:yeni konseptual yanaşmalar və gələcəyə baxış”,“Azərbaycan-Dünya Bankı:siyasət strategiyaları,birgə layihələr və əməkdaşlığın sistemli təhlili”,“Dinamika sıralarının statistik təhlili”,“Azərbaycanın növbəti kənd təsərrüfatı siyahıyaalınması–innovasiyaların üstünlükləri”,“Biznes proseslərinin səmərəliliyinin artırılmasında informasiya texnologiyalarının rolu” adlı məqalələr daxildir.“2025-ci ilin I rübünün yekunları üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri,Ümumi Daxili Məhsulu,dövlət büdcəsinin gəlir və xərcləri,ixrac və idxal olunan məhsulları,tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2025-ci il I rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”,“Metodologiya” başlığı altında toplanmışdır.Bu bölmələrə “Aqrar sfera:yeni inkişaf dönəmində”,“İşğaldan azad edilmiş ərazilərdə tikintiyə ayrılan investisiyaların multiplikativ effektlərinin qiymətləndirilməsi”,“İnformasiya cəmiyyətində müasir informasiya texnologiyalarının rolu”,“Azərbaycanda gəlmə turizmin inkişaf meyilləri”,“Azərbaycanda xidmət sektoru üzrə rəqabət tendensiyaları”,“Azərbaycanın işğaldan azad edilmiş ərazilərınə dövlət dəstəyinin vəziyyətinin təhlili”,“Xarici investisiyaların cəlb edilməsinin iqtisadi inkişafa təsiri”,“Количество ДТП с травматическими исходами в Aзербайджане:эконометрический анализ”,“Logistika və qlobal logistik sistemlərin bəzi cəhətləri”,“Концептуальные подходы к развитию венчурного финансирования в Азербайджане” adlı məqalələr daxildir.“2024-cü il üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri,Ümumi Daxili Məhsulu,dövlət büdcəsinin gəlir və xərcləri,ixrac və idxal olunan məhsulları,tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2024-cü il 4-cü rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”,“Metodologiya” başlığı altında toplanmışdır.Bu bölmələrə “Azərbaycan iqtisadiyyatının 2021-ci ilə aid sosial hesablar matrisinin tərtibi”,“Elektrik mühərrikli avtomobillərin ətraf mühitə təsiri”,“Azərbaycan Respublikasının bank sistemində aktivlərdən istifadənin müasir vəziyyətinin təhlili”,“Azərbaycanda turizmin inkişafı”,“Kəlbəcər rayonunda sənayenin statistik təhlili”,“Əmək bazarının tənzimlənməsində rəsmi statistikanın və normativ hüquqi aktların rolu və əhəmiyyəti”,“Azərbaycan biznes tsikllərinin statistik qiymətləndirilməsi”,“Əhalinin həyat keyfiyyətinə təsir edən amillərin statistik qiymətləndirilməsi”,“Актуальные проблемы и перспективы развития зеленой экономики”,“Bulud texnologiyaları ilə informasiya xidmətlərinin təkmilləşdirilməsi” adlı məqalələr daxildir.“2024-cü ilin Yanvar-Sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu,dövlət büdcəsinin gəlir və xərcləri,ixrac və idxal olunan məhsulları,tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. haqqında məlumatlar qeyd olunmuşdur.
Statistika xəbərləri elmi-praktik jurnalının 2024-cü il 3-cü rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Ölkədə ət istehsalının mövcud vəziyyəti və statistik modelləşdirilməsi”,“Azərbaycan Respublikasında bank sektorunun cari vəziyyətinin təhlili” , “Ölkə iqtisadiyyatının aqreqasiya edilmiş Sosial Hesablar Matrisi”, “Qlobal böhranların sosial və iqtisadi təsirləri: statistik məlumatlar və qrafiklərlə təhlil”,“Hasilat Sənayesində şəffaflıq”,“İrihəcmli məlumatların işlənməsində statistik təhlil metodları”,“Əhalinin siyahıyaalınmasının ümumi əsasları və metodologiyası”,“Logistik zəncirdə əməkdaşlığın təşkili üsulları”,“Azərbaycanın Statistik İnformasiya Xidməti-ASİS”in statistika sistemində rolu,“İri müəssisələrdə strateji idarəetmə və innovasiya” adlı məqalələr daxildir.“2024-cü ilin I yarımilliyi üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. haqqında məlumatlar qeyd olunmuşdur.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2024-cü il II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar” və “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Səbəblər üzrə ölüm göstəricilərinin təhlili”, “Xarici ticarət əlaqələrinin ölkə iqtisadiyyatına təsirinin statistik təhlili”,“Azərbaycanda məkətəbəqədər təhsil”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının münaqişədən əvvəl və sonrakı dövrlərdə aqrar sahədə vəziyyətinin statistik təhlili”, “Azərbaycanın xarici ticarətinin liberallaşdırılmasının ixracın coğrafi quruluşuna təsiri”, “Azərbaycanda qida təhlükəsizliyinin dövlət tənzimlənməsi mexanizmləri”,“Bazar iqtisadiyyatında resursların bölüşdürülməsi”, “Təhsil, elmi-tədqiqat və istehsal fəaliyyəti subyektlərinin şəbəkə üzərindən qarşılıqlı əlaqəsi mexanizmi”, “Инновационные финансовые технологии и их влияние на корпоративные финансы”, “Strateji yol xəritəsi kontekstində emal sənayesi müəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi yolları” adlı məqalələr daxildir. “2024-cü ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.
Statistika xəbərləri” elmi-praktik jurnalının 2024-cü il I rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın yaşıl enerji diskursunun təhlili: yaşıl enerjinin həqiqi çalarları”, “Emal sənayesinin inkişafı şəraitində innovasiya klasterlərinin yaradılması prioritetləri”, “İri yaşayış məntəqələrində bərk istehsal və məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına təsiri”, “Kənd təsərrüfatı məhsullarının emalı və marketinqinin təkmilləşdirilməsinə yönələn iqtisadi yanaşmalara qlobal baxış”, “Fiskal siyasətdə vergi sisteminin təkmilləşdirilməsi”, “Azərbaycanda kredit bazarının tənzimlənməsi mexanizmi”, “Beynəlxalq təcrübədə iqtisadi təhlükəsizlik və diplomatiya”, “Veksellərin dövriyyəsi investisiya fəaliyyətinin gücləndirilməsi və Azərbaycan emal sənayəsinin inkişaf mənbəyi kimi”, “Dövlətin xüsusi iqtisadi zonaları maliyyələşdirməsi; xarici kapitalın xüsusi iqtisadi zonaların maliyyələşməsində rolu”, “Azərbaycanda xarici ticarət sektorunda aparılan islahatlar və onların nəticələri” adlı məqalələr daxildir. “2023-cü il üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.