Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2024-02)

    Statistika xəbərləri (2024-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2024-cü il II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar” və “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Səbəblər üzrə ölüm göstəricilərinin təhlili”, “Xarici ticarət əlaqələrinin ölkə iqtisadiyyatına təsirinin statistik təhlili”,“Azərbaycanda məkətəbəqədər təhsil”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının münaqişədən əvvəl və sonrakı dövrlərdə aqrar sahədə vəziyyətinin statistik təhlili”, “Azərbaycanın xarici ticarətinin liberallaşdırılmasının ixracın coğrafi quruluşuna təsiri”, “Azərbaycanda qida təhlükəsizliyinin dövlət tənzimlənməsi mexanizmləri”,“Bazar iqtisadiyyatında resursların bölüşdürülməsi”, “Təhsil, elmi-tədqiqat və istehsal fəaliyyəti subyektlərinin şəbəkə üzərindən qarşılıqlı əlaqəsi  mexanizmi”, “Инновационные финансовые технологии и их влияние на корпоративные финансы”, “Strateji yol xəritəsi kontekstində emal sənayesi müəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi yolları”  adlı məqalələr daxildir. “2024-cü ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2024-01)

    Statistika xəbərləri (2024-01)

     Statistika xəbərləri” elmi-praktik jurnalının 2024-cü il I rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın yaşıl enerji diskursunun təhlili: yaşıl enerjinin həqiqi çalarları”, “Emal sənayesinin inkişafı şəraitində innovasiya klasterlərinin yaradılması prioritetləri”,  “İri yaşayış məntəqələrində bərk istehsal və məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına təsiri”, “Kənd təsərrüfatı məhsullarının emalı və marketinqinin təkmilləşdirilməsinə yönələn iqtisadi yanaşmalara qlobal baxış”, “Fiskal siyasətdə vergi sisteminin təkmilləşdirilməsi”, “Azərbaycanda kredit bazarının tənzimlənməsi mexanizmi”, “Beynəlxalq təcrübədə iqtisadi təhlükəsizlik və diplomatiya”, “Veksellərin dövriyyəsi investisiya fəaliyyətinin gücləndirilməsi və Azərbaycan emal sənayəsinin inkişaf  mənbəyi kimi”, “Dövlətin xüsusi iqtisadi zonaları maliyyələşdirməsi; xarici kapitalın xüsusi iqtisadi zonaların maliyyələşməsində rolu”, “Azərbaycanda xarici ticarət sektorunda aparılan islahatlar və onların nəticələri”  adlı məqalələr daxildir. “2023-cü ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2023-04)

    Statistika xəbərləri (2023-04)

    2023-cü ilin 4-cü  rübündə çap olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı 3 bölmədən ibarətdir. “Statistik tədqiqatlar” bölməsində  “Avropa Statistikasının Normalar Məcəlləsinin Azərbaycan statistika sistemində tətbiqinə dair qısa praktiki nümunələr”, “Sənaye müəssisələrində qiymət siyasətinin işlənib hazırlanmasının müasir analitik üsulları və Covid-19 pandemiyasının qiymət siyasətinə təsiri”, “Azərbaycan sənayesinin inkişafı”, “Ətraf mühit və iqtisadi hesabların inteqrasiyası”, “Azərbaycanda su istehlakının statistik tədqiqi”, “Hidrotexniki qurğuların ölkənin davamlı iqtisadi inkişafında rolu”, “Davamlılıq üzrə kapitallaşdırma: Yaşıl investisiyalar və digər” adlı məqalələr, “Metodologiya” bölməsində “Böyük verilənlər - elm və təhsilin inkişafında yeni statistik yanaşma kimi.”, “İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının aktual məsələləri”, “Milli maraqlar maliyyə-iqtisadi təhlükəsizlik tandeminin “təhlükəsizlik çətiri” altında”, “Sahibkarlıq fəaliyyətində “Kiçik və Orta Biznes”in maliyyələşdirilməsinin dünya təcrübəsi” adlı məqalələr dərc olunmuşdur. “2023-cü ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.

    • Statistika xəbərləri (2023-03)

    Statistika xəbərləri (2023-03)

    2023-cü ilin III rübündə çap olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı 3 bölmədən ibarətdir. “Statistik tədqiqatlar” bölməsində  “İstilik effekti yaradan qazların dayanıqlı iqtisadi artıma təsirinin ekonometrik qiymətləndirilməsi”, “Azərbaycanda ixracın iqtisadi artıma təsirinin qiymətləndirilməsi”, “Xüsusi iqtisadi zonaların ölkənin iqtisadi inkişafında rolu”, “Heydər Əliyev siyasi irsinin əhalinin rifah halının yaxşılaşmasına və ölkənin əmək bazarının inkişafına müsbət təsiri”, “Keyfiyyət göstəriciləri statistik təhlildə”, “Ölkədə ət istehlakının statistik modelləşdirilməsi”, adlı məqalələr, “Metodologiya” bölməsində “Əmək məhsuldarlığının statistik qiymətləndirilməsi məsələləri”, “Dünyada yoxsulluq və onun uşaqlara təsiri”, “Seçmə şəbəkəsinin yaradılmasında statistik innovasiyaların tətbiqi”, “İnsan kapitalının makroiqtisadi prinsipləri”, “Biznesin rəqabət qabiliyyətinin artırılması sistemində brendinq və dizayn” adlı məqalələr dərc olunmuşdur.  haqqında məlumat verilmişdir. “2023-cü ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.

    • Statistika xəbərləri (2023-02)

    Statistika xəbərləri (2023-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2023-cü il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azәrbaycanda işğaldan azad olunmuş әrazilәrin faydalı qazıntı yataqlarından sәmәrәli istifadә vә onların iqtisadi artıma tәsiri mәsәlәlәri”, “İşğaldan azad edilmiş әrazilәrdә heyvandarlığın inkişaf istiqamәtlәri.”, “Azәrbaycan Respublikasında әhalinin sosial müdafiәsinin inkişaf tendensiyaları.”, “Ölkәdә taxıl mәhsullarının istehsalının statistik modellәşdirilmәsi.”, “Enerji tәhlükәsizliyi vә Azәrbaycanda enerji ehtiyatlarının istehlakına dair.”, “İqtisadiyyatın dövlət tənzimlənməsi sistemində biznes-plan” “İnformasiya sistemlәrinin idarә olunmasında bulud hesablamaları (Cloud Computing).”, Su axınlarının hesabına dair.”, “Özәl pensiya fondlarının yaradılması vә inkişafının әhәmiyyәti” adlı məqalələr daxildir. “2023-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2023-01)

    Statistika xəbərləri (2023-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2023-cü il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasını xarakterizə edən göstəricilərin təhlili və qiymətləndirilməsi”, “Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə müqayisəli üstünlüklərinin qiymətləndirilməsi.”, “Azərbaycanın istehlak bazarında sosial-iqtisadi təhlükəsizliyin təmin olunmasının regional problemləri.”, “Kiçik və orta biznesin ölkə iqtisadiyyatında rolu və onun qiymətləndirilməsindəseçmə müayinənin tətbiqi”, “Əhalinin yaşlanmasının sosial-demoqrafik təsirləri və onun ölçülməsi meyarları”, “Налитические процедуры, используемые в аудите финансовой отчетности организаци” “Regulation of international trade in food and agricultural products: identification of the export potential of tomatoes exported from Azerbaijan..”, Azərbaycanın xarici ticarət əlaqələri və onların inkişaf perspektivləri”, “Azərbaycanda neft  emali  və  benzin  istehsalinin inkişafina dair”, “İnsan kapitalı: problemlər və perspektivləri” adlı məqalələr daxildir. “2022-ci ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-04)

    Statistika xəbərləri (2022-04)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il IV rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycan Respublikasında statistik vahidlərin dövlət reyestrinin aparılması və   aktuallaşdırılması məsələləri”, “Pandemiya və dünyada baş verən proseslər fonunda Azərbaycanda inflyasiyanın  səviyyəsi və dinamikası”, “Azərbaycanda istilik effekti yaradan qazların emissiyasını xarakterizə edən göstəricilərin statistik təhlili”, “Azərbaycanda iqtisadi innovasiya”, “Azərbaycanın turizm bazarı beynəlxalq turizmin inkişafı meyllərinin axarında”,“Rəqəmsal iqtisadiyyatda sahibkarlıqda vergi nəzarətinin rolu”, “Rəqabətqabiliyyətli və ixrac yönümlü innovativ aqrobiznes sahələrinin tənzimlənməsi istiqamətləri” “Müasir iqtisadi şəraitdə xarici ölkələrin aqrobiznes sistemində sahibkarlara dövlət dəstəyi təcrübəsindən ” adlı məqalələr daxildir. “2022-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-03)

    Statistika xəbərləri (2022-03)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il III rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Nəqliyyat sektorunda yükdaşımalara təsir edən amillərin ekonometrik qiymətləndirilməsi”, “Haqqı ödənilməyən işin hesablanmasında vaxtdan istifadə sorğusunun məlumatlarından istifadə”, “Ölkədə taxıl məhsullarına tələbatın tədqiqi”, “Müəssisələrdə tədarükat logistikasının idarə edilməsi məsələləri”, “Azərbaycanda insan kapitalının inkişaf səviyyəsinin qiymətləndirilməsi” “Neft-qaz sənayesində beynəlxalq maliyyələşmənin mahiyyəti və onun inkişafının əsas istiqamətləri”, “Методические аспекты разработки бизнес – плана”, “Dəyər zəncirinin qloballaşmasına beynəlxalq nəqliyyat dəhlizlərinin təsirinin artması”, “Azərbaycanın müasir sənaye siyasəti iqtisadi diversifikasiya kontekstində”, “Aqro-biznesdə innovasiya fəaliyyətinin sürətləndirilməsi üçün iqtisadi mexanizmin  formalaşdırılması prioritetləri”, “İnformasiya texnologiyalarının sosial təsirləri” adlı məqalələr daxildir. “2022-ci ilin I yarımilliyi üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-02)

    Statistika xəbərləri (2022-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Rəsmi statistikada metaməlumatlar və təsnifatlar sisteminin inkişafı”, “Əmək bazarının formalaşmasında məşğulluğun və işsizliyin rolu”,“Azərbaycanda COVID-19 pandemiyası dövründə səmərəli vergi menecmentinin formalaşdırılmasında əsas məsələlər” “Neft-qaz sənayesi müəssisələrinin maliyyə hesabat formalarının təhlili”, “Aqrar sahənin innovasiya potensialı və onun reallaşdırılmasının informasiya bazasının mövcud vəziyyəti”, “Dağıdıcı innovasiyalar və karyera”, “Rəqəmsal texnologiyaların ictimai həyatda rolu” “Azərbaycanda tikinti sahəsi üzrə lizinq əməliyyatlarının uçotunun əsas problemlərinin təhlili  və qiymətləndirilməsi”, “Müəssisə risklərinin araşdırılmasının nəzəri əsasları”, “ Azərbaycanın erməni işğalçılarından azad edilmiş ərazilərində iqtisadiyyatın vəziyyəti və inkişaf perspektivlərinin təhlili”, “2022-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-01)

    Statistika xəbərləri (2022-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda quşçuluğun mövcud vəziyyəti və inkişaf istiqamətləri”, “ Müasir dövrdə ölkəmizdə demoqrafik vəziyyət”, “Hüquqpozmaların anlayışı, növləri və statistik təhlili”, “Sənədlərin məxfiliyinə görə işarələnməsi məsələsinə  bir yanaşma haqqında”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında kiçik və orta sahibkarlığın rolu və inkişafının statistik qiymətləndirilməsi”, “Azərbaycanın sosial hesablar matrisinin tərtibi”, “Azərbaycanda dövrün tələbinə uyğun İKT-nin və elektron ticarətin inkişafı.” “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişaf strategiyası və rəqabət mühitinə yeni baxış”, “Qloballaşma və rəqəmsallaşmanın idarəetmə uçotu üzrə mütəxəssis peşəsinin inkişafına təsiri”,  “Rəqəmsal texnologiyalara əsaslanan əmək bazarı”, “Ömür boyu gəlirə əsaslanan Yorgenson və Fraumen yanaşması” adlı məqalələr daxildir. “2021-ci ilin  yekunları  üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Peçerskiy İlya Borisoviçə  həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.