Makroiqtisadiyyat

ÖLKƏNİN EKOLOJİ VƏZİYYƏTİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Ölkə iqtisadiyyatının dinamik inkişafı məsələlərindən biri də rayonların (şəhərlərin) davamlı inkişafıdır. Bu məsələnin həlli üçün ilk növbədə davamlı inkişafın əsas göstəriciləri dəqiqləşdirilməli, rayonların (şəhərlərin) real vəziyyəti təhlil edilməlidir. Qeyd edilməlidir ki, hal-hazırda rayonların (şəhərlərin) ekoloji, iqtisadi, sosial vəziyyətinin kompleks təhlili üçün məlumatlar kifayət qədər deyildir, inkişaf faktorları kompleks öyrənilmir. Aparılan təhlilər əsasən iqtisadi və sosial sahəni əhatə edir. Ekoloji, iqtisadi, sosial sahələrin kompleks təhlili elmi-metodoloji problem olaraq qalır.

pdfƏtraflı 

DAYANIQLI İNKİŞAF STATİSTİKASI EKOLOJİ TƏHLÜKƏSİZLİYİN İNFORMASİYA TƏMİNATIDIR

Ölkənin milli prioritetlərinin başlığında bir sıra məsələlərlə yanaşı iqtisadi fəaliyyəti ekologiyalaşdırma və təbii ehtiyatlardan səmərəli istifadə problemi də durur. Bununla bağlı ilk növbədə müasir dövrün tələblərinə cavab verən və davamlı inkişaf prinsiplərinə əsaslanan ekoloji siyasət yürüdülməklə ətraf mühitin vəziyyəti, ölkənin təbii ehtiyatları və onların qorunması haqqında toplanılan sistemli məlumatlar mütəmadi olaraq dövlət orqanlarına, elmi, ictimai təşkilatlara, ölkə əhalisinə, həmçinin xarici tərəfdaşlara çatdırılmalıdır.

pdfƏtraflı 

SƏBƏBLƏR ÜZRƏ ÖLÜM GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ

Ölüm səviyyəsinin kəmiyyət göstəriciləri və onların dinamikası ölkədə demoqrafik vəziyyətin təhlili üçün mühüm vasitədir .Lakin təkcə kəmiyyət göstəriciləri, son dərəcə dəqiq olsa da və əhalinin demoqrafik strukturundan asılı olmasa da həm ölümü, həm də ümumi sosial-iqtisadi vəziyyəti, əhalinin əmək və məişət şəraitini, onun həyat tərzini, sağlamlıqla bağlı davranışını, gözlənilən ömür uzunluğunu, ekoloji və sanitar-gigiyenik şəraiti tam səciyyələndirmək üçün tamamilə yetərli deyil.

pdfƏtraflı 

VALYUTA MƏZƏNNƏSİNƏ TƏSİR EDƏN FAKTORLARIN STATİSTİK TƏDQİQİ

Son zamanlar dünya iqtisadiyyatında baş verən dalğalanmalar Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdə davam edir ki, bu da iqtisadiyyatın əsas sektorlarının (real, bank, maliyyə, büdcə və ev təsərrüfatları)göstəricilərində öz əksini tapır. Bu səbəbdən ölkə iqtisadiyyatında baş verən makroiqtisadi proseslərin qarşılıqlı əlaqədə öyrənilməsi və əsas makroiqtisadi göstəricilərinin tədqiqinə zərurət yaranır. Xüsusilə son illərdə iqtisadiyyata təsir vasitəsi kimi Mərkəzi Bankların aktiv rol alması, Federal Ehtiyyatlar sisteminin 2014-cü ilin sonlarından etibarən sərt pul siyasətinə başlaması, milli valyutamız üzərində təzyiqlərin artması məzənnə problemini əsas tədqiqat predmetinə çevirir.

pdfƏtraflı 

DAYANIQLI İNKİŞAFIN GÖSTƏRİCİLƏR SİSTEMİNİN STATİSTİK METODLARLA TƏDQİQİ

Dünya ölkələrinin dinamik inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası tədqiqatçılar qarşısında yeni-yeni problemlər qoyur. Həmin problemlərdən biri də inkişafin dayanıqlılığı, davamlılığı və ya təhlükəsizliyi problemidir. Bu problemin həlli üçün əsas konsepsiyalar və göstəricilər sistemi dəqiqləşdirilir, onların statistikasının təşkili üçün ölkələrin təcrübəsi öyrənilir.

pdfƏtraflı 

AZƏRBAYCANDA QİYMƏTLİ KAĞIZLAR BAZARININ MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN MAKROİQTİSADİ TƏSİRLƏRİNİN ÖLÇÜLMƏSİ MƏQSƏDİ İLƏ STATİSTİK İMKANLARIN ARTIRILMASI

Müasir dünyada inkişaf etmiş kapitalist ölkələrini qiymətli kağızlar bazarı olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu bazar vasitə ilə hüquqi və fiziki şəxslərin maliyyə vəsaitləri bu fondlara ehtiyacı olan iqtisadi subyektlərə istiqamətləndirilir. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi əhəmiyyət göstərilmişdir. Prezident İlham Əliyev “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Proqramın başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır.

pdfƏtraflı 

İNNOVASİYANIN İQTİSADİYYATA TƏSİRİ

İnnovasiya iqtisadi inkişafın ən mühüm və vacib şərtlərindən biri hesab edilir. İnnovasiyalar istər daxili, istərsə də xarici bazarlarda məhsulun rəqabət qabiliyyətliyinin yüksəlməsinin həlledici amili, köhnəlmiş istehsal avadanlığının təzələnməsi, yüksək ixtisaslı işçilərə tələbin artması faktoru kimi səciyyələnir. Məlumdur ki, dövlət tərəfindən səmərəli elmi-texniki siyasətin formalaşdırılması iqtisadiyyatın bütün sahələrində innovasiya potensialının vəziyyətini, miqyasını və innovasiya proseslərinin təmayülünü əks etdirən informasiya bazasının olmasını tələb edir. Bununla yanaşı informasiyanın yalnız kəmiyyət tərəfi deyil, eyni zamanda onun keyfiyyət tərəfi önəmlidir.

pdfƏtraflı