Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2020-03)

    Statistika xəbərləri (2020-03)

    2020-ci ilin III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2020-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”adlı bölmələrdən ibarətdir. “Dinamika sıralarının pərakəndə ticarət dövriyyəsinin timsalında statistik təhlili”, “Azərbaycanda əhalinin gəlirlərinə təsir edən bəzi amillərin statistik tədqiqi”, “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının strateji sektoru kimi”, “Azərbaycanda əhalinin sosial müdafiəsinin bəzi məsələləri”, “Maliyyə təhlükəsizliyi kontekstində rəsmi və qeyri-rəsmi statistik məlumatların qlobal maliyyə bazarlarına təsir imkanları” adlı məqalələr“İqtisadi-statistik tədqiqatlar” bölməsində, “Layiqli əməyin statistikasının metodoloji məsələləri”, “Elektron ticarət sistemində vergi mexanizmlərinin təkmilləşdirilməsi yolları”, “Роль налоговой системы в развитии экономики Азербайджана”, “İrihəcmli məlumatlar (Big Data) və onlardan statistika məqsədləri üçün istifadə”, “Müəssisənin dövriyyə vəsaitləri və onun formalaşmasında bank kreditlərinin rolu”adlı məqalələri “Metodologiya” bölməsində, “2020-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.

    • Statistika xəbərləri (2020-02)

    Statistika xəbərləri (2020-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2020-ci il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya və nəzəri məsələlərin əsasları” başlığı altında toplanmışdır. Bu bölmələrə “Ölkənin davamlı sosial-iqtisadi inkişafının statistik qiymətləndirilməsində əmək bazarı göstəricilərinin rolu”, “Ömür uzunluğu göstəricisinin statistik qiymətləndirilməsi”, “Lənkəran-Astara iqtisadi rayonunda kartof, tərəvəz və bostan bitkilərinin inkişafına dair”, “Müəssisədə innovasiya və investisiya fəallığının qiymətləndirilməsi”, “Aktivlərin və öhdəliklərin ədalətli qiymət konsepsiyası çərçivəsində maliyyə hesabatının etibarlılığının və şəffaflığının yüksəldilməsi”, “İqtisadi siyasətin nəzəri əsasları: aktual trendlər və inkişaf istiqamətləri”, “Rəqəmsal iqtisadiyyatın bəzi konseptual məsələləri və problemləri”, “Azərbaycanın  makroekonometrik modelinin məlumat bazasının formalaşdırılması xüsusiyyətləri”, “Aqrar sahənin dayanıqlı inkişafında aqromarketinqin rolu”, “Müasir dövrdə milli sərvətin qiymətləndirilməsinin nəzəri-tətbiqi məsələləri”, “Dayanıqlı inkişaf statistikasının təşkilində məlumat axınlarının idarə olunması” adlı məqalələr daxildir. “2020-cu ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmış Hüseyn Yusif oğlu Zeynalovun anadan olmasının 95 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2020-01)

    Statistika xəbərləri (2020-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2020-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın xarici ticarət dövriyyəsində elektron kommersiya sisteminin rolu”, “Azərbaycanda camışçılığın mövcud vəziyyəti və statistik tədqiqi”, “Azərbaycanda elektrotexnika müəssisələrində kadr siyasəti və ixtisaslı kadrlara tələbat”, “Naxçıvan Muxtar Respublikasının coğrafi-iqtisadi mövqeyinin iqtisadi göstəricilərə təsiri”, “Milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişaf potensialının qiymətləndirilməsi problemləri”, “Aqrar sahədə innovasiyalı inkişaf mühitinin formalaşdırılmasının təşkilati-iqtisadi və hüquqi səciyyəsi” “Kiçik və orta biznesdə korporativ idarəetmə”, Azərbaycanda rəsmi statistikanın yayılmasında sosial medianın əhəmiyyəti və tətbiq istiqamətləri”, “İnsan kapitalının inkişafının stimullaşdırılması modelləri”, “Məlumatların məxfiliyinin qeyri-səlis analizin tətbiqi ilə sənədlərin markerlənməsi (işarələnməsi) prosesinə informasiya-analitik dəstəyi” adlı məqalələr daxildir. “2019-cu ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2019-04)

    Statistika xəbərləri (2019-04)

    2019-cu ilin IV rübündə nəşr olunan “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”,  “2019-cu ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “Azərbaycanda sığorta fəaliyyətinin statistik təhlilinin müasir aspektləri”, “Kənd təsərrüfatı təyinatlı torpaqların strukturunun statistik təhlili”, “Dayanıqlı inkişaf məqsədləri və su qıtlığı statistikası”, “Azərbaycanda inflyasiyanın sabit saxlanmasında iqtisadiyyatın dövlət tənzimlənməsinin rolu”, “Azərbaycanda ərzaq məhsulları bazarının formalaşması və inkişafının əsas meyilləri”, “Sahibkarlığın inkişafının biznes mühitinə təsiri”, “Nəzəriyyə və Metodologiya” bölməsi isə “Statistikanın rəqəmsal texnologiyalara transformasiyası”, “Training portal of digital statistics”, “Neft gəlirlərinin idarə olunmasında müasir çağırışlar”, “Ali təhsil sistemində maliyyələşdirilmənin yeni modelləri: dünya təcrübəsi və Azərbaycan” adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2019-cu ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur. Bundan başqa, 2019-cu ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.

    • Statistika xəbərləri (2019-03)

    Statistika xəbərləri (2019-03)

    2019-cu ilin III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”, 2019-cu ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər adlı bölmələrdən ibarətdir. “Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində dövlət büdcəsindən səmərəli istifadə yolları”, “Həyat keyfiyyəti və innovasiyalar arasında qarşılıqlı əlaqənin statistik tədqiqi”, “Enerji təhlükəsizliyinin statistik tədqiqi”, “Quba-Xaçmaz iqtisadi rayonunda təhsil müəssisələrinin inkişafının statistik təhlili”, “Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafında əmək bazarının rolu”, “Fermer təsərrüfatlarının kredit resurslarına çıxış imkanlarının qiymətləndirilməsi” adlı məqalələr “İqtisadi-statistik tədqiqatlar” bölməsində, “Kənd təsərrüfatında iqtisadi mənafelərin optimal əlaqələndirilməsi”, “Davamlı iqtisadi inkişafın nəzəri əsasları”, “GSBPM как инструмент модернизации производства официальной статистики Азербайджана” adlı məqalələri “Nəzəriyyə və metodologiya” bölməsində, “2019-cu ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır. 

    • Statistika xəbərləri (2019-02)

    Statistika xəbərləri (2019-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2019-cu il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda enerji istehlakının statistik təhlili”, “Ülkelerin ekonomik statülerinin belirlenmesinde diskriminant analizi yaklaşımı”, “Azərbaycanda tütün və çay bazarının statistik təhlili”, "Dünya maliyyə qloballaşmasının Azərbaycana təsiri”, “Maliyyə nəticələrinin uçotunun tarixi mərhələlərində hesablar planının rolu və əhəmiyyəti”, “Инженерный маркетинг - менеджмент в создании бережливого производства”, “Dayanıqlı inkişaf statistikasının təşkilində əhalinin siyahıyaalınması”, “İnnovasiyaların və insan kapitalının inkişaf ilə məşğulluq arasında qarşılıqlı əlaqənin təhlili”, “Azerbaijan: the transition from black gold to green culture”, “Elektron pullardan istifadənin iqtisadi-texniki üstünlükləri”, “Azərbaycanda elektron ticarətin inkişaf perspektivləri” adlı məqalələr daxildir. “2019-cu ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmış Həmid Həsənoğlu Sultanovun anadan olmasının 130 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2019-01)

    Statistika xəbərləri (2019-01)

    2019-cu ilin birinci rübündə nəşr olunan "statistik xəbərlər" elmi-praktiki jurnalının məqalələri "iqtisadi-statistik tədqiqatlar", "metodologiya" rubrikalarında toplanmışdır. Bu bölmələrə "Azərbaycanda əmək bazarının cari vəziyyətinin statistik tədqiqi", "kənd təsərrüfatında irimiqyaslı reproduksiyanın tənzimlənməsi vasitəsi kimi qiymətlər", "dünya turizmində kruizlərin rolu", "Azərbaycanda su istehlakının statistik tədqiqi" daxildir. "Ticarətdə statistik tədqiqatlar", "iqtisadi artım və "əsas təsiredici amillər", "makroiqtisadi balansın təmin edilməsində maliyyə mexanizmlərinin rolu", "Azərbaycanda əhalinin Sağlamlıq statistikası", "təhlükəsizliyin təmin edilməsi sisteminin konseptual modeli. internet şəbəkəsində mühafizə olunan məlumatlarla işləyən istifadəçilər" statistik fəaliyyətin keyfiyyətinin artırılması məsələləri "adlı məqalələrə" əhalinin siyahıyaalınması ilə bağlı bəzi məsələlər" daxildir. "2018-ci ildə ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri" bölməsi tərəfdaş ölkələrlə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirləri və xərcləri, ixrac və idxal, xarici ticarət haqqında məlumatları ehtiva edir.

    • Statistika xəbərləri (2018-04)

    Statistika xəbərləri (2018-04)

    2018-ci il IV rübündə nəşr olunan “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”,  “2018-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilmiş islahatlara baxış”, “Milli Dayanıqlı İqtisadi İnkişaf modeli Heydər Əliyevin iqtisadi strategiyasının məntiqi nəticəsidir”, Azərbaycanda mövcud iqtisadi və sosial inkişaf meyillərinin ətraf mühitə təsirlərinin dayanıqlı inkişaf baxımından qiymətləndirilməsi”, “Azərbaycan iqtisadiyyatının inkişafı fonunda qiymətlərin səviyyəsi və dinamikası”, “Süd istehsalının statistik tədqiqatının təşkili məsələləri”, “Статистические аспекты международного въездного туризма в Азербайджане”, “Milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qida təhlükəsizliyi zənciri” adlı məqalələri, “Metodologiya” bölməsi isə “Sosial Hesablar Matrisinin qurulması və tətbiqləri”, “İdxal və ixracın statistik modelləşdirilməsi”, “Pul və kapital anlayışlarına alternativ yanaşma: pula potensial kapital yanaşması və maliyyə resurslarının ədalətli bölgüsü” adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2018-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur. Həmçinin “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Süleymanov Səməd Salman oğlunun anadan olmasının 110 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır. Bundan başqa, 2018-ci ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.

    • Statistika xəbərləri (2018-03)

    Statistika xəbərləri (2018-03)

    2018-ci il III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”, 2018-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər adlı bölmələrdən ibarətdir. “Ölkənin emal sənayesinin inkişafının müasir vəziyyətinin qiymətləndirilməsi”, “Ölkə iqtisadiyyatının inkişafında “Cənub qaz dəhlizi”nin rolu və əhəmiyyəti”, “Demoqrafik təhlükəsizliyin statistik aspektləri”, “Süd məhsulları bazarının statistik təhlili (iqtisadi rayonlar üzrə)”, “Boşanma hallarının qısa statistik təhlili”, “Yoxsulluğun azaldılmasında kiçik biznesin rolu”, “Regional inkişafın qeyri-bərabərlik kontekstində təhlili”, “Mikro və kiçik sahibkarlıq statistikasının texnoloji məsələləri” adlı məqalələr “İqtisadi-statistik tədqiqatlar” bölməsində, “İdarəetmə uçotu üzrə yeni nəsil peşəkar mütəxəssislərin hazırlanmasının aktual məsələləri”, “Statistik uçotda yenilik: Ekoloji-İqtisadi Uçot Sistemi”, “GSBPM как инструмент модернизации производства официальной статистики Азербайджана” adlı məqalələri “Nəzəriyyə və metodologiya” bölməsində, “2018-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.

    • Statistika xəbərləri (2018-02)

    Statistika xəbərləri (2018-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2018-ci il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “Sığortanın inkişafı” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda “zəif” elmmetrik göstəricilərin tətbiqi problemləri”, “Reklam müəssisələrində innovasiya məhsulları üzrə marketinq sisteminin formalaşması”, “Seçmə müşahidələrin kənd təsərrüfatı statistikasında tətbiqi məsələləri”, “Dayanıqlı insan inkişafında gender amili”, “Ölkənin əmək bazarının inkişafında insan kapitalının rolu”, “Развитие в Азербайджане института микрофинансирования и улучшение общего финансового климата для малого предпринимательства”, “İqtisadi təhlükəsizlik kontekstində milli statistikanın əhəmiyyəti”, “Qiymətləndirici kəmiyyətlərin auditinin təkmilləşdirilməsi istiqamətləri”, “Material resurslarının antiböhranlı idarə edilməsinin bəzi problemləri”, “Maliyyə sisteminin əsas göstəriciləri arasındakı asılılıqların riyazi modelləşdirilməsi”, “Məkan (coğrafi) məlumat sistemləri və onların təhlükəsizliyi məsələləri”, “Sığortanın yaranma və inkişaf tarixi” adlı məqalələr daxildir.“2018-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışArif Mikayıl oğlu Vəliyevin anadan olmasının 75 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.