Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2015-01)

    Statistika xəbərləri (2015-01)

    Jurnalda rəsmi statistikanın əsas inkişaf istiqamətləri, müxtəlif dövlət proqramları və konsepsiyalardan irəli gələrək sosial, iqtisadi statistika sahələrinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr təhlil olunmuşdur. Bununla yanaşı, dünyada və Azərbaycanda mövcud demoqrafik vəziyyət, ailə üzvlərinin sayının və strukturunun düzgün planlaşdırılması, keyfiyyətli demoqrafik proqnozların hazırlanmasında statistik metodların və statistik məlumatların rolu və sosial sferanın idarə edilməsində müasir informasiya sisteminin vacibliyi göstərilmişdir. Həmçinin beynəlxalq tədbirlərin turizmin inkişafı üçün yaratdığı mühüm zəmindən, Azərbaycanda turizm xidmətinə xərclənən vəsaitdən, Azərbaycanda mədəniyyət və turizmin bundan sonra da dinamik inkişafının təmin edilməsindən, bu sahədə Azərbaycanda aparılan uğurlu siyasətdən və inkişaf dinamikasından bəhs olunmuş, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən aparılan ticarət əməliyyatları, xarici ticarət dövriyyəsində ixrac və idxal əməliyyatlarının həcmi, eyni zamanda ölkə iqtisadiyyatında maliyyə sektorunun rolunun vacibliyi, onun iqtisadi islahatların aparılmasında artan əhəmiyyətinin əsas məqsədlərinin həyata keçirilməsi vurğulanır və əsas iqtisadi göstəricilərin dinamikası kontekstində Azərbaycanın maliyyə sektorunun inkişafının əsas istiqamətləri araşdırılır. Habelə, ölkələrin iqtisadi inkişaf göstəriciləri üzrə aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən hazırlanan müvafiq hesabatların mahiyyəti, metodologiyası və mexanizmlərinə, həmçinin rəsmi statistikanın göstəricilərinin siyasi tədqiqatlarda, təbliğat və əks-təbliğat işində əhəmiyyətinə həsr olunmuş, beynəlxalq standartlara uyğun olaraq, rəsmi statistikada müşahidə olunmayan iqtisadiyyatın müəyyən olunmuş sərhədləri təhlil edilmişdir.