“ETSİM” haqqında

Ötən əsrin ortalarında yaranmış Mərkəzi Layihə-Texnoloji Bürosu 1971-ci ildə SSRİ Mərkəzi Statistika İdarəsi nəzdində Uçotun mexanikləşdirilməsi və hesablama işləri üzrə Ümumittifaq Dövlət Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialına dəyişdirilmişdir. İnstitut 1987-ci ilin dekabr ayında SSRİ Dövlət Statistika Komitəsi nəzdində Statistik informasiya sisteminin Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialı adını almışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 114 saylı qərarına əsasən SSRİ Dövlət Statistika Komitəsi nəzdində Statistik informasiya sisteminin Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialı bazasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzdində Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2015-ci il tarixli 364 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM) yaradılmışdır.

Fəaliyyətimiz
Müxtəlif istiqamətlərdə informasiya resurslarının toplanmasından, göstəricilər sisteminin və məlumat bazalarının yaradılmasından, mövcud statistik metodologiyaların təkmilləşdirilməsi və yeni metodologiyaların işlənməsindən, statistik sorğuların təşkilindən, seçmənin layihələndirilməsindən, analitik tədqiqatların, statistik məlumatların ekonometrik təhlilinin, modelləşdirilməsinin və proqnozlaşdırılmasının aparılmasından, dinamik sıraların, çıxış cədvəllərin və müvafiq qrafiklərin qurulmasından ibarətdir.

Missiyamız
Sifarişçilərimizə statistik innovasiyaların tətbiqi ilə daha geniş tədqiqat xidmətləri təqdim etmək və statistik məlumatların etibarlılığına, dəyəri və mənasına nail olmaqdır.

Məramımız
Sifarişçilərimizin tələblərini təmin etməklə ölkəmizdə bu sahədə liderə çevrilmək və beynəlxalq arenada nüfuz qazanmaqdır.

Xidmətlərimizin üstünlükləri

 

Maliyyə hesabatı