Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2022-02)

    Statistika xəbərləri (2022-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Rəsmi statistikada metaməlumatlar və təsnifatlar sisteminin inkişafı”, “Əmək bazarının formalaşmasında məşğulluğun və işsizliyin rolu”,“Azərbaycanda COVID-19 pandemiyası dövründə səmərəli vergi menecmentinin formalaşdırılmasında əsas məsələlər” “Neft-qaz sənayesi müəssisələrinin maliyyə hesabat formalarının təhlili”, “Aqrar sahənin innovasiya potensialı və onun reallaşdırılmasının informasiya bazasının mövcud vəziyyəti”, “Dağıdıcı innovasiyalar və karyera”, “Rəqəmsal texnologiyaların ictimai həyatda rolu” “Azərbaycanda tikinti sahəsi üzrə lizinq əməliyyatlarının uçotunun əsas problemlərinin təhlili  və qiymətləndirilməsi”, “Müəssisə risklərinin araşdırılmasının nəzəri əsasları”, “ Azərbaycanın erməni işğalçılarından azad edilmiş ərazilərində iqtisadiyyatın vəziyyəti və inkişaf perspektivlərinin təhlili”, “2022-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-01)

    Statistika xəbərləri (2022-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda quşçuluğun mövcud vəziyyəti və inkişaf istiqamətləri”, “ Müasir dövrdə ölkəmizdə demoqrafik vəziyyət”, “Hüquqpozmaların anlayışı, növləri və statistik təhlili”, “Sənədlərin məxfiliyinə görə işarələnməsi məsələsinə  bir yanaşma haqqında”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında kiçik və orta sahibkarlığın rolu və inkişafının statistik qiymətləndirilməsi”, “Azərbaycanın sosial hesablar matrisinin tərtibi”, “Azərbaycanda dövrün tələbinə uyğun İKT-nin və elektron ticarətin inkişafı.” “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişaf strategiyası və rəqabət mühitinə yeni baxış”, “Qloballaşma və rəqəmsallaşmanın idarəetmə uçotu üzrə mütəxəssis peşəsinin inkişafına təsiri”,  “Rəqəmsal texnologiyalara əsaslanan əmək bazarı”, “Ömür boyu gəlirə əsaslanan Yorgenson və Fraumen yanaşması” adlı məqalələr daxildir. “2021-ci ilin  yekunları  üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Peçerskiy İlya Borisoviçə  həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-04)

    Statistika xəbərləri (2021-04)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il IV rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın bərpa olunan enerji mənbələri və onların qiymətləndirilməsi”, “Azərbaycanda energetikanın inkişafı - statistik icmal”, “Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının inkişafının əsas zəmini kimi sahibkarlıq fəaliyyəti”, “Azərbaycanın regionlarının tarazlı sosial-iqtisadi inkişafında əmək bazarının rolu”, “Ölkənin davamlı inkişafında əmək ehtiyatlarından səmərəli istifadə”, “Zangazur corridor: new economic development opportunities for the region”, “Azərbaycanda ekoloji marketinq-menecmentin tətbiqinin bəzi problemləri və perspektivləri” “Uçot-hesabat sistemində normativ və pozitiv metodologiyalar”, “Turizmin rəqabətqabiliyyətliliyinin əsas göstəricilərinin kompleks təhlili”, “Sığorta şirkətlərinin rəqabətə davamlılığının qiymətləndirilməsi” adlı məqalələr daxildir. “2021-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Gindin Aleksandr Moisyeviçin anadan olmasıın 120 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-03)

    Statistika xəbərləri (2021-03)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il III rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Rəqəmsal iqtisadiyyat və elektron ticarət”, “COVID-19-un ev təsərrüfatlarının istehlak xərclərinə təsirləri”, “Aqrar sahədə mövcud investisiya potensialından istifadənin təkmilləşdirilməsi”, “Azərbaycanda aqrar sektorun statistik icmalı və azad edilmiş rayonların kənd təsərrüfatı potensialı”, “Azərbaycanın ixrac səbətinin İqtisadi Mürəkkəblik İndeksi (İMİ) əsasında təhlili”, “Azərbaycanda pandemiya dövründə elektron ticarətə artan tələbat” “Statistik tədqiqlaratın təşkili məsələləri”, “Прогнозирования в налоговой системе налоговых поступлений, их преимущество и недостатки в условиях цифровой экономики”, “Büdcədənkənar dövlət fondlarının idarəetmə orqanlarında uçot və hesabatın təkmilləşdirilməsi istiqamətləri”, “Fərdin iqtisadi təhlükəsizliyi: təhlükəsizlik mühitinə təhdidlər, müdafiə və qiymətləndirmə metodologiyası”, “Azərbaycanda innovasiyalı inkişaf və innovativ sahibkarlığın təkmilləşdirilməsi” adlı məqalələr daxildir. “2021-ci ilin I yarımilliyi üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Fikrət Aqqırax oğlu Abidovun anadan olmasının 95 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-02)

    Statistika xəbərləri (2021-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Qarabağ regionunun sənaye istehsalının potensial imkanları: dövlət və özəl investisiya yatırımlarına yeni tələblər”, “Demoqrafik göstəricilərin statistik tədqiqi”, “Azərbaycanın idxaldan asılılığının azaldılması və iqtisadi təhlükəsizliyinin təmini”, “İxracın diversifikasiyasının nəzəri məsələlərinə dair”, “Məlumatların məxfiliyinin mütəxəssislərin rəylərinə əsasən hərtərəfli qiymətləndirilməsi”, “Regionlarda məşğulluq probleminin yaranmasına səbəb olan sosial-iqtisadi amillər” “Azərbaycanda gəlir bölgüsünün ədalətli həyata keçirilməsi üçün vergi alətindən istifadə və beynəlxalq təcrübə”, “Rəsmi statistikada keyfiyyətin idarə edilməsinin səmərəli alətləri”, “Проблемы налогообложении в образовательных учреждениях Азербайджана”, “Əmək resurslarının beynəlxalq mobilliyinin sosial-iqtisadi inkişafa təsiri”, “Azərbaycan Respublikasında valyuta kurslarının tənzimlənməsi problemləri” adlı məqalələr daxildir. “2021-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Şahbala Aqqırax oğlu Məmmədovun anadan olmasının 85 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-01)

    Statistika xəbərləri (2021-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Kölgə iqtisadiyyatının həcminin ölçülməsinə yeni metodik yanaşma”, “Müasir dövrdə enerji təhlükəsizliyinin təminatı məsələləri”, “Azərbaycanda transmilli şirkətlərin (TMŞ) fəaliyyətinin dövlət tənzimlənməsi və xarici investisiya həcminin proqnozlaşdırılması”, “Turizm xərclərinin statistik ölçülməsi”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin müasir inkişaf mərhələləri”, “Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri” “Elektron biznesin inkişaf göstəricilərinin müəyyən edilməsinin metodoloji problemləri”, “Qiymət statistikasının keçmişi, bu günü, gələcəyi”, “Kommersiya müəssisələrində material ehtiyatlarının uçotunun təkmilləşdirilməsi istiqamətləri”, “Некоторые проблемы и перспективы применения экологического маркетинга в Азербайджане” adlı məqalələr daxildir. “2020-ci ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2020-04)

    Statistika xəbərləri (2020-04)

    2020-ci ilin IV rübündə nəşr olunan“Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2020-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Azərbaycanın statistika tarixi səhifələrindən”adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “Ölkədə ətraf mühitin vəziyyəti”, “Ali və orta ixtisas təhsilinin bəzi məsələlərinə dair”, “İqtisadi inkişafın sabitliyini təmin etmək məqsədi ilə istehlak qiymətlərinin və elektrik enerjisi tariflərinin tənzimlənməsi”, “Regional inkişaf fərqləri və onların aradan qaldırılmasında dövlətin rolu”,“Metodologiya” bölməsi isə “Azərbaycanda tikinti sektorunun inkişaf indikatorlarının qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında tətbiq edilən vergi rejimləri”, “Kənd təsərrüfatı məhsulları bazarında intervensiya tədbirləri: dünya təcrübəsi və Azərbaycanda tətbiqi istiqamətləri”, “Əmək resurslarının beynəlxalq mobilliyinin tənzimlənməsinin təşkilati - metodoloji əsasları və əmək miqrasiyasının ölkənin iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi göstəriciləri”,“Mühəndis marketinqi əsasında müəssisələrin rəqabət qabiliyyətinin artırılmasının elmi əsasları”adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2020-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkəninsosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur.Həmçinin “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Peçerskiy İlya Borisoviçin anadan olmasının 120 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.Bundan başqa, 2020-ci ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.

     

     

    • Statistika xəbərləri (2020-03)

    Statistika xəbərləri (2020-03)

    2020-ci ilin III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2020-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”adlı bölmələrdən ibarətdir. “Dinamika sıralarının pərakəndə ticarət dövriyyəsinin timsalında statistik təhlili”, “Azərbaycanda əhalinin gəlirlərinə təsir edən bəzi amillərin statistik tədqiqi”, “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının strateji sektoru kimi”, “Azərbaycanda əhalinin sosial müdafiəsinin bəzi məsələləri”, “Maliyyə təhlükəsizliyi kontekstində rəsmi və qeyri-rəsmi statistik məlumatların qlobal maliyyə bazarlarına təsir imkanları” adlı məqalələr“İqtisadi-statistik tədqiqatlar” bölməsində, “Layiqli əməyin statistikasının metodoloji məsələləri”, “Elektron ticarət sistemində vergi mexanizmlərinin təkmilləşdirilməsi yolları”, “Роль налоговой системы в развитии экономики Азербайджана”, “İrihəcmli məlumatlar (Big Data) və onlardan statistika məqsədləri üçün istifadə”, “Müəssisənin dövriyyə vəsaitləri və onun formalaşmasında bank kreditlərinin rolu”adlı məqalələri “Metodologiya” bölməsində, “2020-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.

    • Statistika xəbərləri (2020-02)

    Statistika xəbərləri (2020-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2020-ci il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya və nəzəri məsələlərin əsasları” başlığı altında toplanmışdır. Bu bölmələrə “Ölkənin davamlı sosial-iqtisadi inkişafının statistik qiymətləndirilməsində əmək bazarı göstəricilərinin rolu”, “Ömür uzunluğu göstəricisinin statistik qiymətləndirilməsi”, “Lənkəran-Astara iqtisadi rayonunda kartof, tərəvəz və bostan bitkilərinin inkişafına dair”, “Müəssisədə innovasiya və investisiya fəallığının qiymətləndirilməsi”, “Aktivlərin və öhdəliklərin ədalətli qiymət konsepsiyası çərçivəsində maliyyə hesabatının etibarlılığının və şəffaflığının yüksəldilməsi”, “İqtisadi siyasətin nəzəri əsasları: aktual trendlər və inkişaf istiqamətləri”, “Rəqəmsal iqtisadiyyatın bəzi konseptual məsələləri və problemləri”, “Azərbaycanın  makroekonometrik modelinin məlumat bazasının formalaşdırılması xüsusiyyətləri”, “Aqrar sahənin dayanıqlı inkişafında aqromarketinqin rolu”, “Müasir dövrdə milli sərvətin qiymətləndirilməsinin nəzəri-tətbiqi məsələləri”, “Dayanıqlı inkişaf statistikasının təşkilində məlumat axınlarının idarə olunması” adlı məqalələr daxildir. “2020-cu ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmış Hüseyn Yusif oğlu Zeynalovun anadan olmasının 95 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2020-01)

    Statistika xəbərləri (2020-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2020-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın xarici ticarət dövriyyəsində elektron kommersiya sisteminin rolu”, “Azərbaycanda camışçılığın mövcud vəziyyəti və statistik tədqiqi”, “Azərbaycanda elektrotexnika müəssisələrində kadr siyasəti və ixtisaslı kadrlara tələbat”, “Naxçıvan Muxtar Respublikasının coğrafi-iqtisadi mövqeyinin iqtisadi göstəricilərə təsiri”, “Milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişaf potensialının qiymətləndirilməsi problemləri”, “Aqrar sahədə innovasiyalı inkişaf mühitinin formalaşdırılmasının təşkilati-iqtisadi və hüquqi səciyyəsi” “Kiçik və orta biznesdə korporativ idarəetmə”, Azərbaycanda rəsmi statistikanın yayılmasında sosial medianın əhəmiyyəti və tətbiq istiqamətləri”, “İnsan kapitalının inkişafının stimullaşdırılması modelləri”, “Məlumatların məxfiliyinin qeyri-səlis analizin tətbiqi ilə sənədlərin markerlənməsi (işarələnməsi) prosesinə informasiya-analitik dəstəyi” adlı məqalələr daxildir. “2019-cu ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.