“Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
“Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.
2019-cu ilin IV rübündə nəşr olunan “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”, “2019-cu ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “Azərbaycanda sığorta fəaliyyətinin statistik təhlilinin müasir aspektləri”, “Kənd təsərrüfatı təyinatlı torpaqların strukturunun statistik təhlili”, “Dayanıqlı inkişaf məqsədləri və su qıtlığı statistikası”, “Azərbaycanda inflyasiyanın sabit saxlanmasında iqtisadiyyatın dövlət tənzimlənməsinin rolu”, “Azərbaycanda ərzaq məhsulları bazarının formalaşması və inkişafının əsas meyilləri”, “Sahibkarlığın inkişafının biznes mühitinə təsiri”, “Nəzəriyyə və Metodologiya” bölməsi isə “Statistikanın rəqəmsal texnologiyalara transformasiyası”, “Training portal of digital statistics”, “Neft gəlirlərinin idarə olunmasında müasir çağırışlar”, “Ali təhsil sistemində maliyyələşdirilmənin yeni modelləri: dünya təcrübəsi və Azərbaycan” adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2019-cu ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur. Bundan başqa, 2019-cu ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.
Jurnaldaki məqaləyə baxmaq üçün buraya klikləyin
2019-cu ilin III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”, 2019-cu ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər adlı bölmələrdən ibarətdir. “Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində dövlət büdcəsindən səmərəli istifadə yolları”, “Həyat keyfiyyəti və innovasiyalar arasında qarşılıqlı əlaqənin statistik tədqiqi”, “Enerji təhlükəsizliyinin statistik tədqiqi”, “Quba-Xaçmaz iqtisadi rayonunda təhsil müəssisələrinin inkişafının statistik təhlili”, “Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafında əmək bazarının rolu”, “Fermer təsərrüfatlarının kredit resurslarına çıxış imkanlarının qiymətləndirilməsi” adlı məqalələr “İqtisadi-statistik tədqiqatlar” bölməsində, “Kənd təsərrüfatında iqtisadi mənafelərin optimal əlaqələndirilməsi”, “Davamlı iqtisadi inkişafın nəzəri əsasları”, “GSBPM как инструмент модернизации производства официальной статистики Азербайджана” adlı məqalələri “Nəzəriyyə və metodologiya” bölməsində, “2019-cu ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2019-cu il II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda enerji istehlakının statistik təhlili”, “Ülkelerin ekonomik statülerinin belirlenmesinde diskriminant analizi yaklaşımı”, “Azərbaycanda tütün və çay bazarının statistik təhlili”, Dünya maliyyə qloballaşmasının Azərbaycana təsiri”, “Maliyyə nəticələrinin uçotunun tarixi mərhələlərində hesablar planının rolu və əhəmiyyəti”, “Инженерный маркетинг - менеджмент в создании бережливого производства”, “Dayanıqlı inkişaf statistikasının təşkilində əhalinin siyahıyaalınması”, “İnnovasiyaların və insan kapitalının inkişaf ilə məşğulluq arasında qarşılıqlı əlaqənin təhlili”, “Azerbaijan: the transition from black gold to green culture”, “Elektron pullardan istifadənin iqtisadi-texniki üstünlükləri”, “Azərbaycanda elektron ticarətin inkişaf perspektivləri” adlı məqalələr daxildir. “2019-cu ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmış Həmid Həsənoğlu Sultanovun anadan olmasının 130 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.
Jurnaldaki məqaləyə baxmaq üçün buraya klikləyin
2019-cu ilin birinci rübündə nəşr olunan "statistik xəbərlər" elmi-praktiki jurnalının məqalələri "iqtisadi-statistik tədqiqatlar", "metodologiya"rubrikalarında toplanmışdır. Bu bölmələrə "Azərbaycanda əmək bazarının cari vəziyyətinin statistik tədqiqi", "kənd təsərrüfatında irimiqyaslı reproduksiyanın tənzimlənməsi vasitəsi kimi qiymətlər", "dünya turizmində kruizlərin rolu", "Azərbaycanda su istehlakının statistik tədqiqi" daxildir. ", "Ticarətdə statistik tədqiqatlar"," iqtisadi artım və "əsas təsiredici amillər", "makroiqtisadi balansın təmin edilməsində maliyyə mexanizmlərinin rolu", "Azərbaycanda əhalinin Sağlamlıq statistikası", " təhlükəsizliyin təmin edilməsi sisteminin konseptual modeli. internet şəbəkəsində mühafizə olunan məlumatlarla işləyən istifadəçilər " statistik fəaliyyətin keyfiyyətinin artırılması məsələləri "adlı məqalələrə"əhalinin siyahıyaalınması ilə bağlı bəzi məsələlər" daxildir. "2018-ci ildə ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri" bölməsi tərəfdaş ölkələrlə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirləri və xərcləri, ixrac və idxal, xarici ticarət haqqında məlumatları ehtiva edir.
2018-ci il IV rübündə nəşr olunan “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2018-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilmiş islahatlara baxış”, “Milli Dayanıqlı İqtisadi İnkişaf modeli Heydər Əliyevin iqtisadi strategiyasının məntiqi nəticəsidir”, Azərbaycanda mövcud iqtisadi və sosial inkişaf meyillərinin ətraf mühitə təsirlərinin dayanıqlı inkişaf baxımından qiymətləndirilməsi”, “Azərbaycan iqtisadiyyatının inkişafı fonunda qiymətlərin səviyyəsi və dinamikası”, “Süd istehsalının statistik tədqiqatının təşkili məsələləri”, “Статистические аспекты международного въездного туризма в Азербайджане”, “Milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qida təhlükəsizliyi zənciri” adlı məqalələri, “Metodologiya” bölməsi isə “Sosial Hesablar Matrisinin qurulması və tətbiqləri”, “İdxal və ixracın statistik modelləşdirilməsi”, “Pul və kapital anlayışlarına alternativ yanaşma: pula potensial kapital yanaşması və maliyyə resurslarının ədalətli bölgüsü” adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2018-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur. Həmçinin “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Süleymanov Səməd Salman oğlunun anadan olmasının 110 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır. Bundan başqa, 2018-ci ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.
2018-ci il III rübündə nəşr olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Nəzəriyyə və metodologiya”, 2018-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər adlı bölmələrdən ibarətdir. “Ölkənin emal sənayesinin inkişafının müasir vəziyyətinin qiymətləndirilməsi”, “Ölkə iqtisadiyyatının inkişafında “Cənub qaz dəhlizi”nin rolu və əhəmiyyəti”, “Demoqrafik təhlükəsizliyin statistik aspektləri”, “Süd məhsulları bazarının statistik təhlili (iqtisadi rayonlar üzrə)”, “Boşanma hallarının qısa statistik təhlili”, “Yoxsulluğun azaldılmasında kiçik biznesin rolu”, “Regional inkişafın qeyri-bərabərlik kontekstində təhlili”, “Mikro və kiçik sahibkarlıq statistikasının texnoloji məsələləri” adlı məqalələr “İqtisadi-statistik tədqiqatlar” bölməsində, “İdarəetmə uçotu üzrə yeni nəsil peşəkar mütəxəssislərin hazırlanmasının aktual məsələləri”, “Statistik uçotda yenilik: Ekoloji-İqtisadi Uçot Sistemi”, “GSBPM как инструмент модернизации производства официальной статистики Азербайджана” adlı məqalələri “Nəzəriyyə və metodologiya” bölməsində, “2018-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır.
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2018-ci il II rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “Sığortanın inkişafı” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda “zəif” elmmetrik göstəricilərin tətbiqi problemləri”, “Reklam müəssisələrində innovasiya məhsulları üzrə marketinq sisteminin formalaşması”, “Seçmə müşahidələrin kənd təsərrüfatı statistikasında tətbiqi məsələləri”, “Dayanıqlı insan inkişafında gender amili”, “Ölkənin əmək bazarının inkişafında insan kapitalının rolu”, “Развитие в Азербайджане института микрофинансирования и улучшение общего финансового климата для малого предпринимательства”, “İqtisadi təhlükəsizlik kontekstində milli statistikanın əhəmiyyəti”, “Qiymətləndirici kəmiyyətlərin auditinin təkmilləşdirilməsi istiqamətləri”, “Material resurslarının antiböhranlı idarə edilməsinin bəzi problemləri”, “Maliyyə sisteminin əsas göstəriciləri arasındakı asılılıqların riyazi modelləşdirilməsi”, “Məkan (coğrafi) məlumat sistemləri və onların təhlükəsizliyi məsələləri”, “Sığortanın yaranma və inkişaf tarixi” adlı məqalələr daxildir.“2018-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafina dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulun istehsalı, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsullar, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışArif Mikayıl oğlu Vəliyevin anadan olmasının 75 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.
Yerləşdirilmə tarixi: 14.04.2018
“Statistika xəbərləri” elmi-praktik jurnalının 2018-ci il I rübündə dərc olunmuş məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycan Respublikasında ixrac potensialının təhlili və inkişaf perspektivləri”, “Ərzaq bazarının tutumuna təsir edən amillərin təhlili”, “Azərbaycanda əhali arasında qan dövranı sistemi xəstəlikləri səbəbindən ölüm hallarının statistik təhlili”, “Regionların sosial-iqtisadi inkişafındakı fərqləri müəyyən edən amillər”, “Выявление экономических циклов в динамическом развитии Азербайджанской Республики”, ”Demoqrafik proseslərə müxtəlif amillərin təsirinin reqressiya-korrelyasiya təhlili”, “Əmək bazarının liberallaşması şəraitində işçi qüvvəsi keyfiyyətinin yüksəldilməsinin sosial-iqtisadi problemləri”, “Sahibkarlara düşən informasiya yükünün azaldılması metodları” adlı məqalələr daxildir. “Statistika: rəsmi sənədlər” adlı bölməsində “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” dərc olunmuş, “2017-ci ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Rəsmi statistikanın inkişafı” bölməsində Dövlət Statistika Komitəsində 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası haqqında məlumatlar dərc olunmuşdur. Bununla yanaşı, “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Statistikaya öz töhfəsini vermiş Əli Abdulov barədə məlumat verilmişdir. Sonunda 2018-ci ildə statistika sahəsində keçiriləcək beynəlxalq tədbirlərin siyahısı göstərilmişdir.
Sayta yerləşdirilmə tarixi: 14.12.2017
2017-ci il IV rübündə nəşr olunan“Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2017-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Beynəlxalq əməkdaşlıq”, “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “Azərbaycanda dövlət sosial sığorta sisteminin müasir inkişaf modeli və prioritetləri”, “Cоздание и развитие инфраструктуры поддержки малого инновационного бизнеса”, Azərbaycanda aqrar sektorun müasir vəziyyətinin statistik təhlili”, “Rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafına sosial aspektdən baxış”, “Ticarətdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin bəzi məsələləri”, “Gəncə-Qazax iqtisadi rayonunda əmək ehtiyatlarının formalaşması” adlı məqalələri, “Metodologiya” bölməsi isə “Ekoloji risklərin təhlili və qiymətləndirilməsi”, “Использование методов управленческого учета и анализа в управлении затратами”, “Ticarətdə seçmə statistik müşahidələrin təşkili məsələləri”, “Kiçik sahibkarlığın inkişafının statistik göstəricilər sistemi və onun təhlili istiqamətləri”adlı məqalələri əhatə edir. Bundan əlavə ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2017-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur. Həmçinin jurnalda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri və “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq layihəsi barədə geniş məlumat verilmişdir. “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Bağırov Nağı Ələsgər oğlunun anadan olmasının 120 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır. Bundan başqa, jurnalın “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yeni rəsmi nəşrləri” adlı hissəsində Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi kitablar və onların məzmunu haqqında məlumatlar çap olunmuşdur.
Sayta yerləşdirilmə tarixi: 21.09.2017
2017-ci il III rübündə nəşr olunmuş“Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Statistik informasiya sisteminin təkmilləşdirilməsi”, “Statistik təsnifatlar, standartlar və registrlər”, “2017-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Beynəlxalq əməkdaşlıq” adlı bölmələrdən ibarətdir.“Azərbaycanın maliyyə xidmətləri seqmentində sığortanın rolu və sistemli transformasiya perspektivləri”, “Valyuta məzənnəsinə təsir edən amillərin statistik tədqiqi”, “Vergi mexanizminin ixrac potensialının stimullaşdırılmasında rolu”, “Marketinq-menecment və iqtisadi dayanıqlılığın təmin edilməsinin bəzi məsələləri”, “Ölkədə investisiya mühitinin yaxşılaşdırılması, innovasiyaların tətbiqi və bu sahədə atılmış addımlar”, “Ev təsərrüfatları tərəfindən atmosfer havasına vurulan ziyanın statistik qiymətləndirilməsi”, “Ümumi Daxili Məhsulun statistik tədqiqi”, “Dövlət maliyyəsi statistikasının aparılmasının bəzi aspektləri” adlı məqalələr “İqtisadi-statistik tədqiqatlar” bölməsində, “Müasir şəraitdə uçot-informasiya sisteminin problemləri”adlı məqaləsi“Statistik informasiya sisteminin təkmilləşdirilməsi” bölməsində, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə alətlərinin tətbiqi məsələləri”adlı məqaləsi isə “Statistik təsnifatlar, standartlar və registrlər” bölməsində toplanmışdır. “2017-ci ilin birinci yarısının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində “Makroiqtisadi göstəricilər”, “Ümumi Daxili Məhsul istehsalı”, “Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər”, “İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri”, “Pərakəndə ticarət dövriyyəsinin məhsullar üzrə strukturu”, “İqtisadiyyata kredit qoyuluşu”, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri”, “Nəqliyyat sektorunda yük dövriyyəsi”, “Nəqliyyat sektorunda sərnişin dövriyyəsi”, “Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri”, “İxrac olunan mühüm növ məhsullar”, “İdxal olunan mühüm növ məhsullar”a dair statistik göstəricilər öz əksini tapmışdır. “Beynəlxalq əməkdaşlıq” bölməsində isə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yeni rəsmi nəşrləri haqqında ətraflı məlumat dərc olunmuşdur.