Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində elmi seminar keçiriləcəkdir.

04.06.2019
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində elmi seminar keçiriləcəkdir.

E   L   A   N

Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində 11 iyun 2019-cu il tarixdə  saat 1100-da elmi seminar keçiriləcəkdir. Seminarda aşağıdakı məsələlər müzakirə ediləcəkdir.

 SEMINARIN GÜNDƏLIYI:

  1. Giriş sözü: Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru  fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev
  2. “Statistik müşahidələrdə R proqramlaşdırma sistemindən istifadə” mövzusunda məruzə: Mərkəzin Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin aparıcı iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru Saleh Mövlamov
  3. Statistika Komitəsinin statistik işlər planına uyğun olaraq, Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin “2019-cu ilin birinci rübü üzrə işçi qüvvəsinə dair müayinə məlumatlarının baş məcmuya şamil edilməsi və  2019-cu ilin ikinci rübü üzrə işçi qüvvəsinə dair müayinənin keçirilməsi üçün ev təsərrüfatları üzrə seçmə şəbəkəsinin hazırlanması” işlərində cədvəllərin alınmasının müzakirəsi; Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin müdiri  Zərifə Nağıyeva

 Seminarda mərkəzin bütün əməkdaşlarının iştirakı vacibdir.