E L A N
Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində 11 iyun 2019-cu il tarixdə saat 1100-da elmi seminar keçiriləcəkdir. Seminarda aşağıdakı məsələlər müzakirə ediləcəkdir.
SEMINARIN GÜNDƏLIYI:
- Giriş sözü: Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev
- “Statistik müşahidələrdə R proqramlaşdırma sistemindən istifadə” mövzusunda məruzə: Mərkəzin Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin aparıcı iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru Saleh Mövlamov
- Statistika Komitəsinin statistik işlər planına uyğun olaraq, Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin “2019-cu ilin birinci rübü üzrə işçi qüvvəsinə dair müayinə məlumatlarının baş məcmuya şamil edilməsi və 2019-cu ilin ikinci rübü üzrə işçi qüvvəsinə dair müayinənin keçirilməsi üçün ev təsərrüfatları üzrə seçmə şəbəkəsinin hazırlanması” işlərində cədvəllərin alınmasının müzakirəsi; Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin müdiri Zərifə Nağıyeva
Seminarda mərkəzin bütün əməkdaşlarının iştirakı vacibdir.