Mezoiqtisadiyyat

ÖLKƏDƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALININ MİNERALVƏ ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİNAT SƏVİYYƏSİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində kənd təsərrüfatının dinamik inkişafı təmin edilməkdədir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir.

pdf Ətraflı

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ STATİSTİK TƏDQİQİ

Ölkə iqtisadiyyatının və regionların dinamik inkişafı tədqiqatçılar qarşısında bir sıra yeni məsələləri, o cümlədən, rayonların inkişafının təmin edilməsi ilə bağlı təhlillərin aparılmasını şərtləndirir. Bu məqsədlə, ilk növbədə inkişafın əsas göstəriciləri dəqiqləşdirilməli, iqtisadi rayonların real vəziyyəti təhlil edilməlidir. İqtisadi rayonların inkişaf amilləri, ekoloji, iqtisadi və sosial aspektləri kompleks öyrənilməli, ekoloji, iqtisadi və sosial sahələrin kompleks təhlili elmi-metodoloji əsaslara söykənməlidir.

pdf Ətraflı

AQRAR SAHƏNİN İNTENSİV İNKİŞAF SƏVİYYƏSİNİN VƏ ƏRZAQ MƏHSULLARI İSTEHSALININ MÖVCUD VƏZİYYƏTİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Müasir dövrdə aqrar sahədə dövlət rəhbəri tərəfindən həyata keçirilən tənzimləyici iqtisadi tədbirlər nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafa nail olunması üçün xeyli işlər görülmüşdür. Belə inkişaf meyarı, müasir elmi-texniki tərəqqinin nailiyyətlərini, o cümlədən iqtisadi, siyasi və sosial faktorları   birləşdirən mürəkkəb prosesi özündə təcəssüm etdirir. Ona görə də aqrar sahədə iqtisadi tərəqqinin təminat səviyyəsi ölkə iqtisadiyyatının sferalarının rəqabət qabiliyyətliliyindən, yəni sadalanan faktorların qarşılıqlı təsiri sayəsində yaranan rəqabət üstün­lüklərinin həyata keçirilməsindən birbaşa asılı vəziyyətdədir. İstənilən ölkədə iqtisadi vəziyyətindən asılı olmayaraq aqrar sahədə isteh­sal və satışın inkişafının stimullaşdırılması, iqtisadi tərəqqinin davamlılığının təminatında xüsusi  rol oynayır.

pdf Ətraflı

REGİONLARIN STATİSTİK MƏLUMATLARININ EKONOMETRİK TƏHLİLİ

Müasir informasiya texnologiyalarından istifadə etməklə ekoloji, iqtisadi və sosial inkişafın səviyyəsi elmi-metodoloji üsullarla müəyyənləşdirilə bilər. Elmi-metodoloji üsullardan ən müasiri statistik və ekonometrik təhlil üsuludur. Ekonometrik təhlil riyazi-statistik üsullardan istifadə etməklə iqtisadi göstəricilər arasında qarşılıqlı əlaqələrin kəmiyyət təhlilini verir [1]. Bu üsullar klassik üsullardan fərqli olaraq, yekun göstəricilərə deyil (respublika, rayon haqqında), mikrogöstəricilərə (tədqiqat vahidləri haqqında məlumatlara) əsasən tətbiq edilir.

pdf Ətraflı