Sosial və demoqrafik tədqiqatlar

ƏHALİNİN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİNİN STATİSTİK TƏDQİQİ

İstənilən dövlətin əsas demoqrafik və ictimai-iqtisadi xarakteristikalarından biri əhalinin yaş strukturudur. Yaş strukturunun göstəriciləri əhali artımının tədqiqatı və proqnozlaşdırılmasının, əhali sayının və onun müxtəlif qruplarının mütənasibliyinin perspektiv hesablamalarının, xəstəliklər və ölüm səbəblərinin qanunauyğunluqlarını müəyyən etmək üçün əhəmiyyətlidir. Yaş strukturu əhalinin təkrar istehsalının tipini, iqtisadi fəal əhalinin ümumi əhalidə xüsusi çəkisini müəyyənləşdirir, habelə ölkənin hərbi potensialı haqqında və sosial siyasətin formalaşmasında, cəmiyyətin iqtisadi və sosial infrastrukturunun ən əhəmiyyətli göstəricilərinin planlaşdırılmalarında lazım olan bir sıra məlumatlar haqqında təsəvvür yaradır.

pdf Ətraflı

RESPUBLİKADA ƏRZAQ TƏMİNATININ YERLİ İSTEHSAL HESABINA ÖDƏNİLMƏSİ SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Son illərdə Azərbaycanın sürətli inkişaf dinamikası aqrar sektorda əldə olunan uğurların timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Bütövlükdə, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub.
Ərzaq təhlükəsizliyi dövlətin iqtisadi inkişaf konsepsiyasının reallaşdırılmasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv inkişafını özündə birləşdirir və ərzaq məhsullarının sərbəst təminatına imkan verir.

pdf Ətraflı

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN STATİSTİK TƏDQİQATI MƏSƏLƏLƏRİ

Ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin tərkib hissəsi olmaqla aqrar və iqtisadi siyasətinin əsas məqsədlərini özündə əks etdirir. Ölkənin və onun ayrı-ayrı regionlarının dayanıqlı ərzaq təhlükəsizliyi sisteminin formalaşması obyektiv elmi yanaşmanı, aqrar sahədə iqtisadi islahatların adekvat strategiyasının hazırlanması və idarəetmə mexanizminin təkmilləşdirilməsini tələb edir. Bu məsələ öz əksini «Ümumdünya ərzaq təhlükəsizliyi üzrə Roma bəyannaməsində» tapmışdır. Bu bəyannaməyə əsasən əhalinin ərzaq təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir.

pdf Ətraflı

ƏHALİNİN TƏBİİ ARTIMINA GENDER DİSPROPORSİYASININ TƏSİRİ

Demoqrafik siyasət - əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sferasında dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü siyasətidir. Ölkədə demoqrafik siyasət əhali artımının təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquqi tədbirlər sistemindən ibarətdir. Ailə-nikah, doğum, ölüm, əhalinin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əməkqabiliyyətli əhalinin məşğulluğu və həyat səviyyəsinin yaxşılaşdırılması, miqrasiyası və s. bu kimi prosesləri özündə birləşdirən demoqrafik siyasətdə başlıca məqsəd, demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin normal təkrar istehsalı prosesini təmin edən şəraitin yaradılmasına nail olmaqdır.

pdf Ətraflı