2023-ci il oktyabr ayının 6-da Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində Mərkəzinin direktoru, fizika üzrə elmlər doktoru, dosent Mübariz Nuriyevin sədrliyi ilə növbəti elmi seminar keçirildi. Seminarda Mərkəzin bütün əməkdaşları iştirak edirdi.
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru, fizika üzrə elmlər doktoru, dosent Mübariz Nuriyev giriş sözü ilə çıxış etdi. Məlumatların toplanması texnologiyaları və statistik modelləşdirmə
şöbəsinin əməkdaşlarından ibarət məruzəçilər tərəfindən aşağıdakı məsələlərin təqdimatları seminar iştirakçılarının diqqətinə çatdırıldı.
- 2023-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığına dair (29-a-kt №-li forma) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması;
- Məhsul yığımı, payızlıqların səpini, dondurma şumu haqqında (7-a-kt №-li forma) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması;
- Heyvandarlığın vəziyyəti haqqında (24-a-kt №-li forma, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması ;
- Mal-qara və quşlara yemlərin məsarifi haqqında (24-yem №-li forma) müayinə üçün seçmə şəbəkəsinin formalaşdırılması ;
- 2023-cü ilin məhsulu üçün əkin sahələrinin qəti uçotuna dair (4-a-kt nömrəli forma, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması;
- Yazlıq bitkilərin əkini haqqında (3-a-kt №-li forma) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılmasına dair fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə məlumatların toplanması üçün, seçmə şəbəkəsinin formalaşdırılması;
- Tarlaya mineral və üzvi gübrələrin verilməsi haqqında (9-b-kt №-li forma) məlumatların toplanması üçün, seçmə şəbəkəsinin formalaşdırılması;
- Arıçılıq məhsullarının istehsalına dair müayinə üçün seçmə şəbəkəsinin formalaşdırılması ;
- Meşə fondu və sair torpaqlarda meşə məhsullarının tədarük edilməsinə dair statistik müayinə üçün seçmə şəbəkəsinin formalaşdırılması;
İşlərin yerinə yetirilməsi zamanı kənd təsərrüfatının siyahıyaalınması və əhalinin siyahıyaalınması məlumatları əsasında (rotasiya olunmaqla) statistik vahidlərin məlumat bazası formalaşdırılmış, seçmə planının əsasında müşahidə vahidlərinin məlumat bazasından fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları seçilmiş, rayonlar üzrə seçilmiş vahidlərin siyahısı tərtib edilmişdir.
Bütün işlərdə Microsoft Access 2010, Microsoft Excel 2010, Microsoft Word 2010, İBM SPSS Statistics 23 proqramm paketlərindən istifadə olunub.