Respublika elmi-praktiki
KONFRANSI
25 noyabr 2022
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
Bakı, Azərbaycan
KONFRANS HAQQINDA
25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən “İnnovativ inkişaf: Statistikadan iqtisadiyyata” mövzusunda 2-ci respublika elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın mövzusu aşağıdakı istiqamətləri əhatə etməlidir:
Məkan: Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
Tarix: 25 Noyabr 2022
Forma: Online video konfrans
Məqalənin təqdimatının son tarixi: 20 oktyabr 2022 / 17:00
Konfransa təqdim edilən məqalənin tərtibi qaydaları
Konfransa yeni, innovativ və problem xarakterli məqalələr qəbul olunur.
Konfransın işçi dili: Azərbaycan.
Məqalələr konfransı əhatə edən istiqamətlərdən birinin mövzusuna və qoyulan tələblərə cavab verməlidir. Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Konfransa təqdim olunmuş məqalənin kağız formatında, konfrans materialları toplusunda əldə edilməsi ödənişlidir (20 manat).
Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formada 20 oktyabr 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: info@etsim.az
Dinləyici və iştirakçılar konfransa onlayn bağlantısından əvvəl tərəfimizdən göndəriləcək link vasitəsilə qoşula biləcəklər.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
Əlaqələndirici şəxs: Şahin Mustafayev
Azərbaycan, Bakı, AZ1136, İnşaatçılar prospekti 81
Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
E-mail: info@etsim.az, (+99412) 538 77 19, 377-10-70; Daxili: 33-74
Qeyd: Aktual mövzuları əhatə edən məqalələr yoxlamadan keçdikdən sonra nəşr olunmağa tövsiyə ediləcəkdir.