ETSİM-in əməkdaşı Moskvada təşkil olunmuş V Beynəlxalq Elmi-Metodik Konfransda iştirak etmişdir.

22.04.2019
ETSİM-in əməkdaşı Moskvada təşkil olunmuş V Beynəlxalq Elmi-Metodik Konfransda iştirak etmişdir.

Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Moskvada təşkil olunmuş V Beynəlxalq Elmi-Metodik Konfransda iştirak etmişdir. Konfransda 12 ölkədən (Azərbaycan, Belarus, Bolqariya, Kazaxstan, Qırğızstan, Rusiya, Latviya, Moldava, Slovakiya, Tatarstan, Ukrayna, Özbəkstan) müxtəlif sayda nümayəndələr iştirak edirdi.  Konfransda Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin “Elmi araşdırmalar və statistik tədqiqatlar” şöbəsinin baş iqtisadçısı biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov və Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir. Konfrans mövcud olan fundamental və tətbiqi tədqiqat sahələrinin inkişafına, eyni zamanda müasir istiqamətli metod və tendensiyaların öyrənilməsi və tətbiqinə həsr olunmuşdur. Qeyd edək ki, əməkdaşımız konfransda həm təqdimatla həm də stend formada  çıxış etmişdir. Çıxışdan sonra iştirakçıya sertifikat təqdim olunmuşdur.