ETSİM-in əməkdaşı Saratovda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

18.12.2018
ETSİM-in əməkdaşı Saratovda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Saratovda keçirilən Dövlət Federal Statistika xidməti, “Statistika məsələləri” adlı elmi informasiya jurnalı, Dövlət Federal Statistika Xidmətinin Nijeqorod və Saratov vilayətləri üzrə ərazi orqanları və Saratov Sosial-İqtisadi İnstitutunun təşkilatçılığı ilə “ Müasir şəraitdə dövlət statistikasının aktual problemləri və inkişaf perspektivləri” üzrə 5-ci distant beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
Konfransın əsas elmi istiqamətlərinin mövzusuna aşağıdakılar daxil edilmişdir:
1.Regionların dayanıqlı inkişafı və perspektivləri.
2. Sosial və demoqrafik proseslərin proqnozları, faktlar və qiymətləndirilmələri
3. Regionların sosial-iqtisadi inkişafının səmərəliliyinin qiymətləndirilməsi üçün rəsmi statistikanın istifadəsi.
4. Aqrar sektorun və kənd yerlərinin inkişafı tendensiyaları.
5. Statistika və rəqəmsal iqtisadiyyat: dünya və rus praktikası.
Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin “Elmi araşdırmalar və statistik tədqiqatlar” şöbəsinin əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov “Pоль инновационных механизмов в развитии аграрного сектора республики Азербайджан» (Azərbaycan respublikasında aqrar sahənin inkişafinda innovasiya mexanizminin rolu” mövzusunda məqalə ilə konfransda iştirak etmişdir.
Konfrans zamanı müasir dünyada müasir statistika elminin metodları, modelləri, vasitələri və digər aspektlərinin tədqiq edilməsi, statistik uçotun təkmilləşdirilməsi üçün təkliflərin irəli sürülməsi, rəsmi statistik məlumatların formalaşdırılması sahəsində praktiki təcrübənin yayılması və s. məsələlər müzakirə olunmuşdur. Qeyd edək ki, konfrans öz işini 3 gün davam etdirmişdir