Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalara dair beynəlxalq konfransda iştirak etmişdir.

14.09.2018
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalara dair beynəlxalq konfransda iştirak etmişdir.

Bakıda 6-7 sentyabr 2018-ci il tarixində "Qafqazda və Mərkəzi Asiyada davamlı regional inteqrasiyanın təmin edilməsi üçün kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalar" (SARICCA) mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və Almaniyanın İqtisadi Keçid Yaşayan Ölkələrdə Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutunun (IAMO) birgə təşkilatçılığı və Alman Elmi Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil edilib.
Tədbirdə Azərbaycanla yanaşı, Almaniya, İsveç, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Niderland Krallığı, İtaliya, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan və Sloveniyadan 50-yə yaxın xarici mütəxəssis iştirak edib.
Konfransda Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı biologiya üzrə fəlsəfə doktoru dosent Təmraz Təmrazov “Role and statistical assessment of local production in food security” mövzusunda (“Ərzaq təhlükəsizliyinin təmin olunmasında yerli istehsalın rolu və statistik qiymətləndirilməsi”) çıxış etmişdir. Məruzəçi çıxışdan sonra iştirakçıları maraqlandıran sualları əhatəli şəkildə cavablandırmışdır.
İki gün davam edən konfrans çərçivəsində kənd təsərrüfatında investisiya imkanları, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac imkanları, eləcə də regional və beynəlxalq ixrac, ərzaq təhlükəsizliyi və dəyər zənciri kimi məsələlərə dair məruzələr dinlənilmişdir.