Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı statistikası, Əmək statistikası, Ticarət statistikası və Qiymət statistikası şöbələrinin mütəxəssisləri üçün yanvar-may aylarında, yerli statistika orqanlarının (ölkənin 11 rayon və şəhəri) nümayəndələrinə isə oktyabr ayının 23-dən 27-nə kimi təlimlər keçirilmişdir.
Təlim kursu Statistikanın nəzəri əsasları üzrə statistik tədqiqatın mərhələləri, orta kəmiyyətlər və onların təhlilində, dinamika sıralarının təhlili və seçmə müşahidələrin aparılmasında SPSS və Microsoft Office ACCESS proqram paketlərinin tətbiqi və əhəmiyyətindən ibarət idi.
Təlimdə həmçinin Məlumat bazasının idarəedilməsi proqram paketi ACCESS-də verilənlər bazasının quruluşu və yaradılması, verilənlərin tipləri və onlarla işləmə qaydaları, cədvəllərin tərtib edilməsi, proqram paketində nümunəvi formaların, nümunəvi sorğuların hazırlanması və onlarla işləmə qaydaları nümayiş etdirildi.
Təlim iştirakçılarına SPSS statistik proqram paketi vasitəsilə statistik məlumatların qruplaşdırılması, təsviri statistika, korrelyasiya-reqressiya təhlilləri və klaster təhlilinin aparılması qaydaları öyrədildi.