Cenevrədə ekologiya statistikasına həsr olunan beynəlxalq tədbirlər keçirilir

29.06.2017
Cenevrədə ekologiya statistikasına həsr olunan beynəlxalq tədbirlər keçirilir

27-30 iyun tarixllərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 19-cu və “Ekoloji statistika və göstəricilərə dair” məqsədli işçi qrupunun 13-cü sessiyaları keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

“Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 19-cu sessiyasında ətraf mühitin qiymətləndirilməsi və regional informasiya şəbəkəsinin yaradılması, ekoloji informasiyanın birgə sisteminə dair hesabat, iqtisadi, sosial və ekoloji məlumatların inteqrasiyası, “Ekoloji statistika və göstəricilərə dair” məqsədli işçi qrupunun 13-cü sessiyasında isə biomüxtəliflik göstəricilərinə yenidən baxılması, energetika göstəricilərilə bağlı tövsiyələrin həyata keçirilməsi, BMT-nin Statistika Şöbəsi tərəfindən suyun keyfiyyətinə dair məlumatların pilot toplanılması, tullantılar statistikası, ətraf mühit statistikası üzrə fəaliyyətin və potensialın gücləndirilməsinə tələbat və Dayanıqlı İnkişaf Məqsədləri (DİM), DİM sahəsində inkişafa dair məlumatların yenilənməsi məsələləri müzakirə olunacaq.

Sessiyalarda “Avropa İttifaqının praktikası əsasında Azərbaycanda ətraf mühitin vəziyyətinə dövlət nəzarəti və  müşahidəsi sisteminin modernləşdirilməsi” və BMT-nin Statistika Şöbəsinin və Ətraf Mühit Proqramının “Ətraf mühitə dair sorğu vərəqi-2016” üzrə məlumatların təqdim edilməsi nəzərdə tutulub.