14 Yanvar 2017-ci il tarixində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov ilə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf arasında qarşılıqlı əməkdaşlıq görüşü keçirilib. Görüşdə hər iki tərəf arasında mövcud olan əməkdaşlıq məsələləri və qarşılıqlı əlaqələr müzakirə olunub. Mərkəzin direktoru Xəqani Məmmədov bildirib ki, uzunmüddətli investisiya qoyuluşlarında statistik tədqiqatların zərurililiyi vacib məsələlərdən biridir. Eyni zamanda, sıx əməkdaşlıq əlaqələrinin güclənməsi ilə ayrı-ayrı məhsulların istehsalında və biznes planların tərtib olunmasında marketinq tədqiqatlarının aparılması və bu tədqiqatların aparılmasında Statistik İnformasiya Sistemindən makro, mikro və mezo səviyyədə yararlanma məsələsi də vurğulanmışdır. Statistik İnformasiya Sisteminin məlumat bazasından istifadə etməklə ölkənin investisiya siyasətinin effektivliyinin və investisiya vəsaitlərinin iqtisadi, sosial və ekoloji səmərəliliyinin artırılmasının mümkünlüyü barəsində də müzakirə aparılmışdır. Tərəflər əməkdaşlıq görüşünün keçirilməsindən məmnunluq hissi duyduqlarını bildirib.