Statistical methods and standards

İnformasiya xidmətlərinin öyrənilməsi və istifadəçilərin müxtəlif kateqoriyalarının statistik informasiya ilə təmin edilməsi

İnformasiya mürəkkəb intellektual fəaliyyətin son məhsulu sayılır. İnformasiya toplanmazdan əvvəl ona olan tələb və təklif öyrənilir. Tələb və təklifə uyğun olaraq, giriş və çıxış statistik məlumatlarının alınması prosesi həyata keçirilir. Nəzərə almaq lazımdır ki, giriş məlumatlarının respondentlərdən toplanması, qruplaşdırılması, təhlili minimuma çatdırılmalıdır. Çünki məlumatlar informasiya bazasında toplandıqdan sonra ondan istənilən vaxtda lazım olan çıxış məlumatlarını almaq mümkündür. İnformasiyanın həcmini müəyyənləşdirməzdən əvvəl ona istifadəçilərin tələbləri müəyyənləşdirilir.

pdf More

İnformasiya texnologiyaları statistikasının metodoloji əsasları

İnformasiya - gündəlik əməliyyatların zəruri elementi, təşkilatlar və insanlar arasında faydalı əlaqə vasitəsi kimi olduqca vacib resursudur.

İnformasiya – kibernetikanın əsas anlayışlarından biridir. Elmi izahı informasiya (yaxud statistik rabitə nəzəriyyəsi) və statistik qiymətləndirmə nəzəriyyələrinə əsaslanır. Kibernetikada maşın və canlı orqanizmlər müəyyən informasiyanı mənimsəmək, onu «yadda saxlamaq», «rabitə kanalı» ilə ötürmək, öz fəaliyyətlərini uyğun səmtə yönəldən «siqnallar»a çevirmək qabiliyyətinə malikdir.

pdf More