"İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi" konfransı

01.07.2019
"İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi" konfransı

I. Konfransın mövzusu: İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi
II. Konfransın keçirilmə tarixi: 21-22 noyabr 2019-cu il

III. Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
1. İqtisadi tədqiqatlarda innovasiyalar
2. Statistik istehsal proseslərində innovasiyaların tətbiqi
3. Sosial, iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya)
4. Rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya)

IV. Konfransa təqdim edilən məqalələrin tərtibi qaydaları
1. Məqalə qrafiki materiallar, cədvəllər, düsturlar, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla ümumi həcmi 5 səhifədən çox olmamalı, azərbaycan, rus və ya ingilis dillərindən birində hazırlanmalıdır.
2. Məqalənin formatı - A4, şriftlərin ölçüsü - Times New Roman 12, səhifədə hər tərəfdən -2,5sm., sətirarası interval - 1, abzas - 1. Mətn sətirdən sətrə keçirilmədən yığılmalıdır.
3. Məqalələr aşağıdakı ardıcıllıqla tərtib edilməlidir: məqalənin adı (böyük hərflərlə, qalın şriftlə), müəllifin adı və soyadı (yalnız ilk hərfləri böyük olmaqla, qalın şriftlə), açar sözlər, mətn, xülasə və ədəbiyyat siyahısı.
4. Açar sözlər 3 dildə (azərbaycan, rus, ingilis) olmaqla, məqalənin adından sonra göstərilməlidir.
5. Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2; 5; 8] və ya [2; 14-17].
6. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elekron poçt ünvan(lar)ı göstərilməlidir.
7. Məqaləyə uyğun xülasələr iki dildə - azərbaycan və ingilis dillərində olmalıdır.
8. Konfransa yeni, innovativ və problem xarakterli məqalələr qəbul olunur.
9. Konfransın işçi dili: Azərbaycan, rus, ingilis.


QEYDİYYAT FORMASI
Soyadı, adı, atasının adı (tam)
İştirak forması (əyani və ya qiyabi)
Elmi dərəcəsi, elmi adı
İş yeri
Tutduğu vəzifə
Poçt ünvanı
Elektron poçt ünvanı
Əlaqə telefonu
Məruzənin adı
Konfransın istiqaməti (bölmə)
Məqalələr konfransın mövzusuna və qoyulan tələblərə cavab verməlidir.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formada 2019-cu il 10 oktyabr tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
Azərbaycan, Bakı, AZ1136,
İnşaatçılar prospekti, 81
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
E-mail: info@etsim.az,
Tel.: (+99412) 538 91 04
Əlaqələndirici şəxs: Təmraz Təmrazov