Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

25.06.2019
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində 24 iyun 2019-cu il tarixdə  saat 11:00-da elmi seminar keçirildi. Seminarda aşağıdakı məsələlər müzakirə edildi. 

 Seminarda  giriş sözü ilə Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev çıxış edərək, mərkəzdə icra olunan işlər haqqında, verilən yeni tapşırıqlar barədə iştirakçılara ətraflı məlumat verdi. Sonra çıxış etmək üçün sözü Satistik innovasiyaların tətbiqi şöbəsinin rəis müavini Səadət Rəhimovaya verdi.

 Səadət Rəhimova “Demoqrafik əmsallarin etibarlı qiymətləndirilməsi” mövzusunda çıxış etdi.  Məruzə ətrafında geniş müzakirələr aparıldı.

          Seminarda növbəti olaraq, 2019-cu ilin 03-05 iyun tarixlərində Avropa Azad Ticarət Assosiasiyası (EFTA) tərəfindən “Məlumatlardan statistikaya: “R” proqramı və GSBPM vasitəsilə rəsmi statistikanın istehsalı” mövzusunda təşkil olunmuş tədris kursunun yekunlarına dair məruzə ilə  Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin  iqtisadçısı İsa Ramazanov çıxış etdi.

          Qeyd edək ki, İsa Ramazanov iştirak etdiyi təlim haqqında geniş şəkildə iştirakçılara hesabat verdi. Çıxışdan sonra isə seminar iştirakçıları geniş müzakirələr apardılar.

Seminarda son olaraq Azərbaycan Respublikası Dövlət Ststistika Komitəsinin statistik işlər planına uyğun olaraq Statistik innovasiyaların tətbiqi şöbəsinin  «Sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi haqqında  (1-fərdi sahibkarlıq (sənaye) №-li forma) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması» və “Tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların fəaliyyəti haqqında (1-fərdi sahibkarlıq (tikinti) №-li forma) məlumatların toplanması üçün seçmə şəbəkəsinin formalaşdırılması” mövzusunda   məruzə ilə Statistik innovasiyaların tətbiqi şöbəsinin rəisi Hüseynzadə Çiçək çıxış etdi. 

Seminarın sonunda isə iştirakçılardan bir neçəsi müəyyən təkliflərlə çıxış etdilər.