Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirildi

06.05.2019
Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirildi

02-03 may 2019-cu il tarixdə Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Konfransda post-neft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biliyə əsaslanan iqtisadiyyatın qurulması, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabətqabliyyətli və davamlı iqtisadi inkişafa nail olunması yolları alimlər tərəfindən aparılan birgə elmi müzakirələrin mövzusu oldu.
Eyni zamanda Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin 2 əməkdaşının, mərkəzin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mubariz Nuriyevin və “Elmi araşdırmalar və statistik tədqiqatlar” şöbəsinin baş iqtisadçısı biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazovun “Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqinin və kadr hazırlığının müasir vəziyyətinin statistik qiymətləndirilməsi” mövzusunda məqalələri konfrans materiallarında nəşr edilmişdir.
Qeyd edək ki, konfransda 10-a yaxın ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin görkəmli alimləri elmi məruzə ilə çıxış etdilər. Konfransın gedişi zamanı ayrı-ayrı bölmələrdə 600-dən çox elmi məruzələr dinlənilmişdir.