Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya statistikasının müasir çağırışları: iqtisadi proseslərin qloballaşdırılması və rəqəmsallaşdırılması”na dair beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

11.09.2018

Sankt-Peterburqda 2018-ci il sentyabr ayının 11-12 tarixlərində Rusiyanın  Dövlət Statistika Federal Xidməti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti və   Ümumrusiya ictimai təşkilatı - “Rusiya statistiklər assosiasiyası” “Rusiya statistikasının müasir çağırışları: iqtisadi proseslərin qloballaşdırılması və rəqəmsallaşdırılması”na dair beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.  Konfransda Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin rəhbəri Xəqani Məmmədov iştirak etmişdir.

Konfransda rəqəmsal iqtisadiyyat və qloballaşmanın  statistika qarşısında qoyduğu yeni tələblər müzakirə olunmuşdur: Həmin tələblər aşağıdakılardan ibarətdir.

  • Sosial və iqtisadi hadisələrin ölçülməsi üçün böyük həcmdə operativ və keyfiyyətli məlumatların işlənməsi;
  • Məlumat bazalarının yaradılması;
  • Qabaqcıl informasiya texnologiyalarından istifadə;
  • İnformasiyanın toplanması və işlənməsinin müasir metodları.