“Dayanıqlı inkişaf məqsədlərinin monitorinqi üçün statistik potensialın artırılması”na dair beynəlxalq elmi-praktiki konfrans

04.12.2017
“Dayanıqlı inkişaf məqsədlərinin monitorinqi üçün statistik potensialın artırılması”na dair beynəlxalq elmi-praktiki konfrans

2017-ci ilin 30 noyabr və 1 dekabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Federasiyası Dövlət Statistikası Xidməti və Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti tərəfindən “Dayanıqlı inkişaf məqsədlərinin monitorinqi üçün statistik potensialın artırılması”na dair beynəlxalq elmi-praktiki konfrans təşkil olunmuşdu.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədovun “Dayanıqlı inkişaf statistikası ekoloji təhlükəsizliyin informasiya təminatıdır” mövzusunda təqdimatı oldu.