"Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə" layihəsi çərçivəsində təlim keçirilmişdir.

22.10.2017
"Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə" layihəsi çərçivəsində təlim keçirilmişdir.

   19-21 sentyabr 2017-ci il tarixlərində Azərbaycan Dövlət Statistika Komitəsində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən "Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə" layihəsi çərçivəsində məişət zorakılığına dair ölkə üzrə reprezentativ ev təsərrüfatı sorğularının aparılması üçün təlim keçirilmişdir. Təlimdə Dövlət Statistika Komitəsinin nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və BMT-nin Əhali fondunun nümayəndələri iştirak etmişdir. 
    Təlimlər bitdikdən sonra sahə işinin təşkilini həyata keçirmək məqsədilə təlimdə iştirak edən namizədlər arasından 30 intervüyer və 10 supervayzer seçilmişdir.