Azərbaycan hökumətinin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri müasir dövrdə innovativ iqtisadiyyata keçidi sürətləndirməkdən, modernləşdirmə xəttinə uyğun olaraq, ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiq olunmasından və nəticədə regional miqyaslı proqramların icrasına nail olmaqdan ibarətdir. Məqalədə respublikamızda aqrar sahənin artım dinamikasının dəyişməsi prosesindən, müstəqillik dövründə qəbul edilən çevik qərarların müsbət nəticəsindən, dünya praktikasının ən son modern nümunələrini və sürətli inkişafın ahənginə uyğun qabaqcıl innovasiyaları aqrar sahənin inkişafının sürətlənməsinə yönəltməyin zəruriliyindən bəhs olunur.
ПодробнееBeynəlxalq statistika standartına görə ölkənin və onun regionlarının insan kapitalı indeksinin hesablanması zamanı adambaşına ÜDM, əhalinin təhsil səviyyəsi və ömür uzunluğu göstəricilərindən istifadə olunur. Bu məqsədlə beynəlxalq metodologiyaya uyğun olaraq, ömür uzunluğu göstəricisi hesablanır. Davamlı olaraq ömür uzunluğunun artması qismən tibbi texnologiyaların müasir standartlara cavab verməsi ilə sosial proqramların və səhiyyə proqramlarının xroniki xəstəliklərlə mübarizəyə tətbiq edilməsindən asılıdır, bu isə əhali arasında həmin xəstəliklərdən ölüm hallarını daha yuxarı yaşlara gətirib çıxarır.
ПодробнееStatistik tədqiqatlar başdan-başa müşahidədən fərqli olaraq daha çox elmi-metodoloji yanaşma tələb edir. Statistik tədqiqatın təşkili və nəticələrin təhlili statistik metodlara və qiymətləndirmə üsullarına əsaslanır.
Statistik qiymətləndirmədə istifadə olunan təsviri (diskriptiv) statistika tədqiqatların elmi üsullarla təşkilini şərtləndirir. Təsviri statistikanın əsas məqsədi məlumatların işlənib hazırlanması, onların sistemləşdirilməsi, qrafik və cədvəl şəklində əyani təsviri, eləcə də əsas statistik göstəricilərdən istifadə etməklə məcmunun kəmiyyət baxımından təsvir edilməsindən ibarətdir.
ПодробнееMüasir informasiya texnologiyaları və ekonometriya elminin nailiyyətlərinin statistik müşahidələrdə geniş tətbiqi statistik məlumatların keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Məlumdur ki, seçmə statistik müşahidələrin nəzəri-metodoloji əsaslarını statistikanın ümumi nəzəriyyəsi - riyazi statistika, tətbiqi statistika, ekonometrika, ekoloqometrika elmləri öyrənir. Ekonometrika iqtisadi məlumatların statistik tədqiqatı, sosiometrika sosial məlumatların statistik tədqiqatı, ekoloqometrika ekoloji məlumatların statistik tədqiqidır. Ekonometrik təhlil mikro məlumat bazası əsasında aparılır, məlumatlar qruplaşdırılır və təhlil edilir. Böyük həcmli mikro məlumatların qruplaşdırılması və statistik tədqiqi və təhlili ancaq müasir proqram paketi (SPSS, Statistika, SAS və s.) vasitəsi ilə mümkündür.
ПодробнееBazar əmtəələrin (xidmətlərin) və digər obyektlərin alqı-satqısı ilə əlaqədar təsərrüfat subyektləri arasında olan sosial-iqtisadi münasibətlər sistemidir. O əmtəə təsərrüfatının iqtisadi kateqoriyası kimi, özündə əmtəə-pul tədavülü sferasını təcəssüm etdirir, əmtəə və xidmətlərin istehsalçıları ilə istehlakçıları arasında konkret əlaqə və münasibətlərin məcmusunu əhatə edir.
Müasir bazar mürəkkəb struktura malikdir və çoxsahəli sistem üzrə fəaliyyət göstərir. Bazarın quruluşu və sistemi onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəə təminatı, rəqabət səviyyəsi, satış xarakteri, əmtəənin çeşidi və s. xüsusiyyətlərə görə xarakterizə edilir.
ПодробнееEnerji daşıyıcılarının (məhsullarının və ya ehtiyatlarının) balansları onların yaranma mənbələri və istifadə məqsədlərini özündə əks etdirən iki hissəli balans cədvəlidir. Balansın birinci hissəsi ehtiyatların mövcudluğunu, onların yaranma mənbələrinə dair məlumatları, ikinci hissəsi isə ehtiyatlardan istifadəyə dair məlumatları özündə əks etdirir. Başqa sözlə, enerji balansı məhsulun hasilatından tutmuş onun son istehlakına qədər bütün mərhələlər barədə statistik məlumatlar mənbəyidir.
ПодробнееMəlum olduğu kimi, ancaq iqtisadi artım inkişafı tam təmin edə bilmir. Ekoloji və sosial inkişaf ölkənin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün bir çox ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük verilir. Təbii ehtiyatların mühafizəsi və bərpası, əhalinin həyat səviyyəsinin yüksəlməsi inkişafın prioritet istiqamətlərindən biri hesab edilir. Belə inkişaf davamlı olur, ətraf mühit qorunur, əhalinin sağlamlığı, yüksək həyat şəraiti təmin edilir, təbii və insan ehtiyatlarından səmərəli istifadə edilir, işsizlik və yoxsulluq səviyyəsi aradan qaldırılır. Qeyd edilməlidir ki, sosial problemlərin həlli öz növbəsində ekoloji və iqtisadi problemlərin həllindən asılıdır.
Подробнееİqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə prinsiplərindən bazar münasibətlərinə keçid dövründə iqtisadi təhlil və proqnozlaşdırmanın yeni metodoloji bazasının yaradılması tələb edilir. Bunun üçün mövcud metodoloji materiallara tənqidi baxışla yeni konsepsiya hazırlamaq lazımdır. Bu konsepsiyanın əsasında Milli hesablar sisteminin və müasir statistikaya əsaslanmış ekonometrik modellər durur. İqtisadi nəzəriyyədə problemlərin makro, mezo, mikro və qalan dünya (xarici sektor) səviyyəsində təhlil edildiyinə görə inkişaf etmiş ölkələrdə modelləşdirmə və proqnozlaşdırma bu səviyyələrdə aparılır.
ПодробнееMetodoloji vəsait Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli, 3043 saylı Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın 5.2.1.1 maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmışdır.
Подробнее