1 avqust 2022-ci ildə Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində Mübariz Nuriyevin sədrliyi ilə növbəti elmi seminar keçirildi.

01.08.2022
1 avqust 2022-ci ildə Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində Mübariz Nuriyevin sədrliyi ilə növbəti elmi seminar keçirildi.

2022-ci il avqust ayının 1-də Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində Mərkəzinin direktoru, fizika üzrə elmlər doktoru, dosent Mübariz Nuriyevin sədrliyi ilə növbəti elmi seminar keçirildi. Seminarda Mərkəzin bütün əməkdaşları iştirak edirdi.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru, fizika üzrə elmlər doktoru, dosent Mübariz Nuriyev giriş sözü ilə çıxış etdi. Statistik innovasiyaların tətbiqi şöbəsinin əməkdaşlarından ibarət məruzəçilər tərəfindən aşağıdakı məsələlərin təqdimatları seminar iştirakçılarının diqqətinə çatdırıldı.

  1. Statistik innovasiyaların tətbiqi şöbəsinin rəisi Çiçək Hüseynzadənin aşağıdakı mövzular üzrə təqdimatı dinlənildi:
  • “Sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi (1-fərdi sahibkarlıq (tikinti) № forma) haqqında statistik müayinə üzrə seçmə şəbəkəsinin formalaşdırılması”;
  • “Tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi haqqında (1-fərdi sahibkarlıq (sənaye) № forma) statistik müayinə üzrə seçmə şəbəkəsinin formalaşdırılması”;
  • “Xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarların fəaliyyəti haqqında (1-fərdi sahibkarlıq (xidmət) nömrəli müayinə forması) statistik müayinə üzrə seçmə şəbəkəsinin formalaşdırılması”;
  • “Məhsul istehsalına və xidmətlərin göstərilməsinə çəkilən xərclərin tərkibinin öyrənilməsinə dair birdəfəlik seçmə statistik müşahidə üzrə seçmə şəbəkəsinin formalaşdırılması”.
  1. “Yanvar – iyun aylarında görülmüş işlər” mövzusunda məruzə ilə həmin şöbənin rəisinin müavini Səadət Rəhimova çıxış etdi.
  2. “İnformasiya – kommunikasiya texnologiyalarından istifadəyə dair” və “Daxili turizmə dair” statistik müayinə üzrə seçmə şəbəkəsinin formalaşdırılması” mövzusunda məruzə ilə şöbənin baş iqtisadçısı Nəzakət Məmmədova çıxış etdi.

 

Mərkəzin əməkdaşları məruzələr ətrafında müzakirələrdə fəal iştirak etdilər. Yaranmış suallar məruzəçilər tərəfindən ətraflı cavablandırıldı.