Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

20.10.2020
Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan şanlı ordumuza dəstək aksiyasına qoşularaq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq aylıq vəzifə maaşlarından vəsait köçürmüşdür.

Rəşadətli Azərbaycan Ordusuna bu haqq-ədalət savaşında bənzərsiz qələbə, polad iradə və tükənməz qüvvət arzulayırıq!

İgid ƏSGƏR, Qələbə sənindir! Qarabağ Azərbaycandır!