8 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının bir qrup əməkdaşı və İsveçrənin Beynəlxalq Tədqiqatlar İnstitutunun İqtisad departamentinin dosenti Lore Vandewalle-un iştirakı ilə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusuna dair Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının görüşü keçirilmişdir. Görüş zamanı Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Mərkəz tərəfindən hazırlanmış metodoloji materiallar və texnoloji proseslərin həyata keçirilməsi qaydaları barədə eksperti maraqlandıran suallar cavablandırıldı və gələcəkdə əməkdaşlığın səmərəli davamı üçün rəy və təkliflər verildi.