Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

12.06.2019
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində seminar keçirildi.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində 11 iyun 2019-cu il tarixdə saat 11:00-da elmi seminar keçirildi. Seminarda aşağıdakı məsələlər müzakirə edildi. 
Seminarda giriş sözü ilə Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev çıxış edərək, seminarın keçirilməsi haqda seminar iştirakçılarına ətraflı məlumat verdi.
“Statistik müşahidələrdə R proqramlaşdırma sistemindən istifadə ” mövzusu ilə mərkəzin Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin aparıcı iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru Saleh Mövlamov məruzə etdi. Məruzə əsnasında məruzəçiyə müxtəlif maraqlı suallar verildi. Verilmiş suallar ətrafında geniş müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Dövlət Ststistika Komitəsinin statistik işlər planına uyğun olaraq “2019-cu ilin birinci rübü üzrə işçi qüvvəsinə dair müayinə məlumatlarının baş məcmuya şamil edilməsi və 2019-cu ilin ikinci rübü üzrə işçi qüvvəsinə dair müayinənin keçirilməsi üçün ev təsərrufatları üzrə seçmə şəbəkəsinin hazırlanması” işlərinin yekunlaşması barədə Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin rəisi Zərifə Nağıyeva çıxış etdi. Çıxışdan sonra mövzuya uyğun müzakırələr aparıldı.
Növbəti olaraq “Yük avtomobili nəqliyyatı sahəsində statistik müayinənin seçmə şəbəkəsinin formalaşdırılması” mövzusunda işinin yekunlaşdırılması ilə əlaqədar olaraq Statistik innovasiyaların tətbiqi şöbəsinin rəisi Hüseynzadə Çiçək çıxış edərək ətraflı məlumat verdi.
Seminarın sonunda müəyyən təkliflərlə çıxışlar oldu.